BolgeXeber.Com » Bölgə » Başçının nurçu namizədə dəstəyi çaxnaşma yaratdı - Beyləqanda

Başçının nurçu namizədə dəstəyi çaxnaşma yaratdı - Beyləqanda

19-10-2015, 10:38
Oxunub: 3 280 Başçının nurçu namizədə dəstəyi çaxnaşma yaratdı - Beyləqanda“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas parlament seçkilərində iştirakdan imtina edib

TİA.AZ-ın məlumatına görə, 81 saylı Beyləqan dairəsindən deputatlığa namizəd seçkilərin şəffaf keçiriləcəyinə şübhə etdiyi üçün geri çəkilib.

Bu barədə “Facebook” səhifəsində yazan T.Abbasın sözlərinə görə, 81 saylı Beyləqan seçki dairəsində süni gərginlik yaranıb. O, imtinasını bu gərginliyin getdikcə artması, dairədə seçkinin nəticəsinin indidən şübhə altına alınması və seçkiyə inamsızlığı ilə izah edib. Sitat: “Qeyd edim ki, bu qərarı təkbaşına deyil, seçicilərimin ziyalı kəsimi və yaxın dostlarımla geniş müzakirənin nəticəsi olaraq qəbul etmişəm”. Yerli icra hakimiyyət orqanlarının bütün resursları namizədliyi YAP tərəfindən irəli sürülmüş, Beyləqan və beyləqanlılarla heç bir əlaqəsi olmayan İsmayılov Şahin Əmir oğlunun təbliğatına cəlb etdiyini nəzərə alıb, seçkidə iştirak etməkdən geri çəkilirəm.

Eyni zamanda bu qərarı qəbul edərkən, 2000, 2005 və 2010-cu illərdə parlament seçkisində qalib gəldiyim halda, mandatın başqasına, YAP-ın namizədinə verilməsi təcrübəsini də göz önünə gətirmişəm. Odur ki, imzatoplama kampaniyasında iştirak etmiş bütün dostlarıma və imza vermiş seçicilərimə, hər kəsə təşəkkür edirəm. Güman edirəm ki, mənim bu qərarım anlayışla qarşılanacaq və kəskin tərəfdarım olan çoxminli beyləqanlıları ruhdan salmayacaq”.

T.Abbasının dediklərini təsdiqləyən bir qrup beyləqanlı seçici TİA.AZ-a məktub göndərib. Seçicilər qeyd edirlər ki, Beyləqanın icra başçısı Vaqif Abdullayev seçki prosesinə müdaxilə edir.
Dövlət başçısının siyasətinə zidd fəaliyyət göstərən V.Abdullayev qanunvericilikdən kənar addımlar atır. Seçicilərin sözlərinə görə, icra başçısı YAP-ın namizədinə mandat qazandırmaq üçün bütün inzibati resurslarını səfərbər edib.
Bu da seçki mühiti pozmaq, rayonda çaxnaşma və təxribat hazırlamağa zəmin yaratmaqdır. Çünki namizədə yerli icra hakimiyyətinin dəstək verməsi alternativlərin hüquqların pozmaqla yanaşı, seçicilərini qəzəbləndirməkdir. İcra başçısı isə Şahin İsmayılovun deputat kürsüsündə oturması üçün əlindən gələni əsirgəmir.

Ümid Partiyası da bəyanatda qeyd edib ki, Beyləqan, Gədəbəy, Sabunçu və bir sıra başqa rayonlarda yerli icra hakimiyyətləri seçkiyə qarışır.

Bəyanatda bildirilir ki, Vaqif Abdullayevin tapşırığı ilə icra nümayəndələri Ümid Partiyasının - 81 Saylı Beyləqan şəhər dairəsindən namizədi Anar İsayevə imza vermiş şəxslərə, onların qohumlarına təzyiq edib.
Bildirilir ki, bu ciddi qanun pozuntusudur, Seçki Məcəlləsinə ziddir. Bu cür hadisələrin baş verməsi indidən seçkinin qeyri-demokratik, qeyri-bərabər və qeyri-şəffaf şəkildə keçiriləcəyindən xəbər verir.

Onu da deyək ki, 81 saylı Beyləqan seçki dairəsindən namizəd Şahin İsmayılovun təşviqat kampaniyası uğursuz alınıb. Şahin İsmayılov görüşlərə özü ilə Bakıdan gətirdiyi ATGT üzvülərini cəlb edib.
Rayonun Örənqala və Günəşli kəndlərində keçirilən görüşdə çox az vətəndaşın qatıldığı bir seçki görüşü olub. Yerli sakinlərin bildirdiyinə görə onlar tanımadıqları şəxsin seçki kampaniyasına maraqlı deyillər. Şahin İsmayılovun fətullahçı Elnur Aslanova yaxın şəxslərdən biridir. O daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarda vəsaitləri mənimsəyən bir şəxs kimi tanınır.
Bolgexeber.com