BolgeXeber.Com » Bölgə » Ağdamlı seçicilər deputatı qovdular - Qalmaqal

Ağdamlı seçicilər deputatı qovdular - Qalmaqal

21-10-2015, 14:30
Oxunub: 5 635 Ağdamlı seçicilər deputatı qovdular - QalmaqalAğcabədidə ağdamlı məcburi köçkünlər deputat Bəxtiyar Əliyevi qəsəbədən qovublar.

Bolgexeber.com xəbər verir ki, seçicilərlə görüşə gələn 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd gözləmədiyi mənzərə ilə üzləşib. Qəsəbəyə seçiciləri ilə görüşə gələn professor deputatı seçiciləri əllərində daşla qarşılayıblar.

Bu barədə AzMedia.info-ya Ağcabədidən daxil olan məlumatda iddia olunub. Vəziyyətin daha da gərginləşməsindən qorxan Bəxtiyar Əliyev gəldiyi kimi də heç kimlə görüşmədən qəsəbəni tərk edib.

Lakin bu hal Bəxtiyar Əliyevin rastlaşdığı tək qalmaqal olmayıb. Bəxtiyar Əliyev digər ərazilərdə də seçiciləri tərəfindən qovulub. Ağcabədidə baş verən qalmaqaldan sonra Bəxtiyar Əliyev Ağdamın Qaradağlı və Ələfli kəndlərinə seçicilərlə görüşə gedərkən onları kəndin kənarında icra nümayəndəsi qarşılayıb və bildirib ki, yaxşı olar ki, kəndə daxil olmasınlar.

Qeyd edək ki, 2010-cu il seçkilərində Bəxtiyar Əliyev faktiki olaraq seçicilərini təhqir edib. Seçiciləri ilə görüşündə Bəxtiyar Əliyev bildirib ki, o, onsuzda deputat olacaq və heç kimin də səsinə ehtiyacı yoxdur. Bundan sonra Ağdamı tərk edən professor bir daha seçiciləri ilə təmasa keçməyib və Ağdama ayaq basmayıb.

Xatırladaq ki, Bəxtiyar Əliyev ölkə gündəminə həmişə qalmaqallı hadisələrlə gəlib. Onun adı daha çox saxta diplom işlərində hallanıb. Qeyd edək ki, Azərbaycanda faktiki olaraq yüksək və orta səviyyəli vəzifələrdə çalışanlar arasında 2000-dən artıq saxta diplomlu şəxslər var. Bu saxta diplomların verilməsini hal hazırda Milli Məclisin deputatı, eyni zamanda Elm və Təhsil Komissiyasının sədr müavini, habelə BDU-nun Elmi Şurasının sədri Bəxtiyar Əliyev həyata keçirdiyi idda olunur.

Belə ki, Bəxtiyar Əliyev 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradıb. Şəxsi mənzilində. cəmi iki otaqda fəaliyyət göstərən bu filialın sənədləri də yerində olmayıb. 7 il ərzində oraya testdən kənar (guya Rusiya qanunları üzrə) 2 min tələbə qəbul edilibb.

Qəbul edilənlərin hamısı vəzifəli şəxslərin uşaqlarıdır. Deputat qəbuldan 1 ay sonra onları müxtəlif nüfuzlu dövlət universitetlərinə transfer edib. Beləliklə testdənkənar qəbul olunan həmin şəxslər yekunda BDU və digər nüfuzlu Universitetin diplomunu alıb.
Bolgexeber.com