BolgeXeber.Com » Bölgə » Süleyman Mikayılov müəllimi camaat arasında təhqir etdi – icra başçısı niyə əsəbi olub?

Süleyman Mikayılov müəllimi camaat arasında təhqir etdi – icra başçısı niyə əsəbi olub?

21-10-2015, 14:25
Oxunub: 5 885 Süleyman Mikayılov müəllimi camaat arasında təhqir etdi – icra başçısı niyə əsəbi olub?Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov haqqında redaksiyamıza ilginc məlumat daxil olub

Həmin məlumata görə bir müddət bundan öncə S.Mikayılovun qaradağ rayon Qızıldaş qəsəbəsində keçirdiyi görüşdə xoşagəlməz hadisə yaşanıb. Həmin görüşdə iştirak edən şəxslərdən birinin cumhuriyyet.az-a verdiyi məlumata görə bu görüşdə icra başçısı bir müəllimi təhqir edib.
Məlumata görə Süleyman Mikayılov danışarkən mikrafonda problem yaranıb. Bundan əsəbləşən icra başçısı mikrafon məsələsinə kimin baxdığını soruşub. Bu zaman həmin müəllim qarşıya çıxıb. Hadisə vaxtı həmin görüşdə olan şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, xeyli sayda insanların içində S.Mikayılov həmin müəllimə qarşı ağır ifadələr işlədib və “rədd ol burdan” deyərək onu görüşdən qovub. Qəsəbədə hörmətə malik müəllimə qarşı belə bir davranış əhalidə narazılıq yaratsa da heş kəs açıq etirazını bildirməyib.
Ümumiyyətlə, deyilənə görə, son günlər Süleyman Mikayılovun əsəbi və gərgin olduğu, xırda məsələyə belə sərt reaksiya verdiyi sezilir. Məlumatlı şəxslərin sözlərinə görə, bu icra başçısının mövqeyində olan titrəyişlə bağlıdırş Belə ki, Qaradağın icra başçısının özfəaliyyəti, daha doğrusu Azərbaycan hakimiyyətindən gizli şəkildə Avropa Boks Konfederasiyasının vitse prezident olmaq üçün sövdələşmələrə getməsi yüksək dairələrdə açıq qəzəblə qarşılanıb və bu üzdən də vəzifədən alınması artıq çoxdan PA-da müzakirə olunmaqdadır. Məlumat üçün bildirək ki, mediada yer alan xəbərlərə görə, Avropa Boks Konfederasiyasının vitse prezidenti seçilmək üçün 500 min manat xərc çəkən Qaradağın icra başçısı isiədiynə nail olsa da, sonradan can atdığı vəzifədən öz arzusı ilə imtina edib. İddiaya görə, Mənbə bildirir ki, Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyasının iclasında Süleyman Mikayılov vitse prezident seçilib. Lakin həmin məlumat ölkə mətbuatında, həmçinin hökümətyönlü aparıcı mətbu orqanlarda dərc olunduqdan bir neçə saat sonra hər şey dəyişib. Ölkə rəhbərliyi Süleyman Mikayılovun bu özfəaliyyətindən xəbər tutub və ona qarşı ciddi iradlar irəli sürülüb. Hər şeydən əvvəl Qaradağın icra başçısının ölkərəhbərliyndən xəbərsiz belə bir addım atması qəbul olunmaz hal kimi qiymətləndirilib. Bundan sonra isə Süleyman Mikayılov Avropa Boks Konfederasiyasının (ABK) vitse prezidenti postundan imtina edib. Həmçinin Qaradağın icra başçısı təcili şəkildə həmin məlumatın elektron mətbu orqanlardan silinməsi üçün tapşırıq verib və müxtəlif vasitələrlə həmin məlumat saytlardan silinib.
Bolgexeber.com