BolgeXeber.Com » Bölgə » İmişli rayonunda hesabat yığıncağı keçirilib

İmişli rayonunda hesabat yığıncağı keçirilib

22-10-2015, 16:17
Oxunub: 5 949 İmişli rayonunda hesabat yığıncağı keçirilibÖlkəmizin başçısı iclasda geniş nitq söyləyərək bildirmişdir ki,Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 oktyabr 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirmişdir. Ölkəmizin başçısı iclasda geniş nitq söyləyərək bildirmişdir ki,Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. İlin doqquz ayı ərzində əldə olunan göstəricilər bunu deməyə əsas verir. O, dünyada və bölgədə gedən prosseslərə toxunaraq qeyd etmişdir ki, həm bölgədə, həmdə Avropada yaşanan iqtisadi, hərbi, siyasi böhranlara baxmayaraq Azərbaycanda düşünülmüş müstəqil siyasət nəticəsində böyük naliyyətlər əldə olunmuşdur.
Cənab Prezident nitqində ölkə iqtsadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulduğunu, onlardan 9 milyadının daxili, 7 milyardının xarici sərmayə olduğunu bildirərək bunun çox böyük göstərici olduğunu xüsusilə vurğulamışdır. Həmçinin, Ölkə Başçısı respublikamızda “Kənd təsərrüfatı ili” çərçivəsində həyata keçirilən tədbirlərə toxunaraq cari ilin doqquz ayı ərzində kənd təsərrüfatı sahəsində iqtisadi artımın 6,7 faiz olduğunu bildirmişdir. Eyni zamanda, O, dövlət tərəfindən fermerlərə verilən dəstəkdən, subsidiyalar, texniki təminat və digər məsələlərdən bəhs edərək iri fermer təsərrüfatlarının yaradılmasına, xüsusilə taxılçılq sahəsində böyük dönüş olduğunu qeyd etmişdir. Bütün bunlarla yanaşı Cənab Prezident sahibkarlıq subyektlərində son vaxtlar aparılan lüzumsuz yoxlamaların aparıldığını və bununla əlaqədar sahibkarlardan ona çoxsaylı şikayətlərin gəldiyini bildirərək bu sahədə qısa müddət ərzində çox ciddi tədbirlərin görüləcəyini qey etmişdir. O, çıxışında ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinə ciddi xəbərdarlıqlar edərək bu və digər neqativ hallara son qoyulması ilə bağlı konkret tapşırıqlar vermişdir.
Аzərbаycаn Rеspublikаsının Prezidenti çıxışında ölkəmizdə iqtisadiyyatın bütün sahələrində, xüsusilə də qeyri-neft sektorunun inkişafı ilə bağlı ardıcıl olaraq islahatların davam etdiriləcəyini, ölkəmizin ixrac potensialının inkişaf etdirilməsini prioritet hesab ediləcəyini ön plana çəkmişdir.
Ölkəmizdə ordu quruculuğu istiqamətində işlər uğurla davam etdirilmiş, silahlı qüvvələrimizə yeni texnika, silah-sursatın alınması təmin edilmiş, hərbi hissələrimiz üçün yüksək səviyyəli şəhərciklər salınmışdır. Bunun nəticəsidir ki, son vaxtlar təmas xəttində silahlı qüvvələrimiz əhəmiyyətli dərəcədə üstünlüklər əldə edərək düşmənin canlı qüvvəsini və texnikasını məhv etmişdir. Biz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq prinsiplər əsasında həllinə nail olmalıyıq. Ermənistanın diktatura rejimi birdəfəlik anlamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və ayrılmaz hissəsidir. Avqust ayında isə “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu sabit saxlamışdır. Beynəlxalq Valyuta Fondu Azərbaycanın isə 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.
Dünyadakı maliyyə böhranına baxmayaraq Azərbaycanda səhiyyə sayəsində uğurlu islahatlar davam etdirilmiş, tibb müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi təmin edilmiş, bununla da Azərbycan dövləti tibb sahəsində öz vətəndaşları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Cari ilin 6 ayının yekunların həsr olunmuş iclasda dərman və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədəCənab Prezidentin tapşırığına uyğun olaraq süni qiymət artımının qarşısının alınması və bu sahədə mövcud olan neqativ hallara qarşı konkret olaraq ciddi addımla atılmışdır. Dərmanların qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin artırılması,bütövlükdə bu sahədə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır.
Bunun nəticəsidir ki, ilin doqquz ayında ölkə üzrə ümumidaxili məhsul istehsalı 3,7 faz artmış, qeyri-neft sektorunda isə bu artım 10,0 faiz olmuşdur. Kənd təsərrüfatında məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artmış, əhalinin pul gəlirlərinin artımı 5,8 faizdən çox olduğu halda inflyasiya cəmi 3,7 faiz təşkil etmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatı rəqabət qabliyyəti səviyyəsinə görə dünyanın 140 ölkəsi arasında 40-cı yerdə qərarlaşdmış, MDB məkanında isə 7 ildir ki, öz liderlik mövqeyini qoruyub saxlamışdır.
2015-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 263.336.800 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 93.102.600 manatı və ya 35,3 faizi sənaye, 91.341.900 manatı və ya 34,7 faizi kənd təsərrüfаtı, 29.674.700 mаnаtı və ya 11,3 faizi tikinti, 42.321.900 mаnаtı və 16,1 faizi ticаrət və iаşə, 6.343.300 mаnаtı və ya 2,4 faizi nəqliyyat, 482.400 mаnаtı və ya 0,2 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Rayonda aparılan abadlıq və quruculuq işləri:
2015-ci ilin doqquz ayı ərzində və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Bu sahədə işlər davam etdirilir.
2015-ci ilin 9 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 637,2 min manatlıq məbləğində iş həcmi yerinə yetirilmişdir. Ağsu-Bəhrəmtəpə dolayı yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton qoyulmuşdur. Ağsu-Bəhrəmtəpə avtomobil yolunda 106 km-dən 113-cü km-ə kimi cari təmir işləri yerinə yetirilmişdir. Hazırda İmişliyə giriş yolunda 0-7 km sahəsində asfalt-beton qoyulmaq üçün yolun əsası tikilmişdir.

2014-cü ilin iyun ayından etibarən Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər memorandumu imzalanmış, Belçikanın dövlət nümayəndələri bir neçə dəfə İmişli rayonunda olmuş və müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Nəzərdə tutulmuş layihələr çərçivəsində İmişli rayonunda “Holland Pendiri süd və süd məhsulları” zavodunun tikintisi artıq reallaşmaq üzrədir. Bundan əlavə Belçikalı sahibkarlar İmişli rayonunda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırmışlar.
2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri İmişli rayonunda olmuş və rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər görəcəklərini bildirmişlər. Belə ki, onlar rayon ərazisində Kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra zavodların tikintisi, heyvandarlığın inkişafı ilə bağlı layihələr də artıq reallaşmaq üzrədir.

Sənаyе məhsullаrının istеhsаlı üzrə:
Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC istifadəyə verilmişdir.
Qeyd olunduğu kimi 2015-ci ilin doqquz ayı rayon üzrə sənaye məhsullarının həcmi 93.102.600 manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 87,0 faizi qeyri-dövlət sektorunun payına düşür.
Muradxanlı İriləşdirilmiş NeftMədəni 2015-ci ilin 9 ayında neftlə çirklənmiş 2,02 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsi daxili imkanlar hesabına xüsusi texnikanın köməkliyi ilə təmizlənərək hamarlanmış və yararlı vəziyyətə gətirilmiş və həmin sahəyə müxtəlif növ ağaclar əkilmişdir.
Qalan neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi və yararlı hala salınması üçünTədbirlər Proqramı hazırlanmış və Azərbaycan Dövlət Neft şirkətinin “Azneft” İB-yə göndərilmişdir.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:
“Aqrolizinq” ASC Sabirabad Regional nümayəndəliyinin İmişli rayon bölməsi tərəfindən rayon ərazisində kənd təsərrüfatı məhsullarının becərilməsində, vaxtında itkisiz yığılıb tədarük olunmuş, torpaq mülkiyyətçilərinə 858 ton ammonium nitrat gübrəsi güzəştli qiymətlərlə ödənilmişdir. Fermerlərin sifarişi əsasında onlara İmişli Aqroservis filialının istifadəsində 209 adda müxtəlif markalı texnika və qoşquların vasitəsiilə müvafiq işlər görülmüşdür.
2015-ci ilin 9 ayı ərzində rayonun müxtəlif kəndlərində ümumi 714 min m3 kollektor drenaj şəbəkəsində magistral kollektorlarında torpaqqazma və hamarlama işləri görülmüşdür.
2015-ci ilin 9 ayı ərzində istismar planına uyğun olaraq 118 ədəd hidrotexniki qurğu, 23 ədəd hidrometrik postlar, 1,5 km nov kanalları, 5 km beton kanal, 4 ədəd nasos stansiyada cari təmir işləri aparılmış, suvarma kanallarında 1337,0 kub.m həcmdə 456 km məsafədə lildən təmizlənmə və təmir işləri görülmüşdür. Həmçinin hazırda rayonun bir çox kəndlərində əhalinin pay və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edən su arxlarında lildən təmizlənmə işləri davam etdirilir. 2015-ci ilin 9 ayı ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 92867 başa, qoyunların sayı 246900 başa, quşların sayı isə 1392689 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 2048 baş, qoyunlar 3923 baş, quşlar isə 116458 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 9910,9 ton, süd istehsalı 36848,3 ton, yumurta 62665 min ədəd, yun istehsalı isə 364,5 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. 01 oktyabr 2015-ci il tarixə kimi 11209 hektar sahədə buğda, 6343 hektar sahədə arpa, 270 hektar sahədə kartof, 370 hektar sahədə bostan, 310 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 2551 hektar sahədə pambıq, 396 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. 2015-ci ilin 9 ayı ərzində 19664 ton arpa, 42595 ton buğda məhsulu istehsal edilmiş və məhsuldarlıq 35,5 sentiner olmuşdur. Həmçinin 9 ay ərzində 3375 ton kartof, 3642 ton tərəvəz, 988 ton qarğıdalı, 2321 ton şəkər çuğunduru, 1312,4 ton pambıq tədarük edilmişdir. Bu sahədə işlər davam etdirilir.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, rayonda taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfаtı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir.
Tikinti üzrə:
2015-ci ilin 9 ayı ərzində bütün mаliyyə mənbələri hеsаbınа rаyоn iqtisаdiyyаtının və sоsiаl sаhənin inkişаfı üçün 31.107.400 mаnаt vəsait yönəldilmiş, onun 89,6 faizi və ya 29.674.700 manatı tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 11,4 faiz az, tikinti quraşdırma işlərinə sərf edilmiş vəsait isə 0,4 faiz çox olmuşdur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.
İmişli rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisinə başlanılmış və hazırda tikinti işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinininzibati binasının tikintisi nəzərdə tutulmuşdur.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:
2015-ci ilin 9 ayında rayonun Bəhrəmtəpə qəsəbəsi, Çahar, Gövhərli kəndləri ərazisində smart kart tipli sayğacların quraşdırılması ilə əlaqədar yeni transformatorlar quraşdırılmış və kabel xətləri çəkilmişdir. Bundan əlavə İmişli şəhərində şəhərin müxtəlif yerlərində yeni salınmış yaşayış massivlərində 38 ailəyə smart kart tipli sayğaclar quraşdırılmış və 1200 metr məsafəyə kabel xətti çəkilmişdir. Bu sahədə işlər davam etdirilir. Hazırda Bəhrəmtəpə qəsəbə ərazisində “Azenko” ASC tərəfindən smart kart tipli sayğacların quraşdırılması işləri başa çatmışdır. Hazırda rayonun Qaradonlu, Qaralar, Şahverdili, Cavadxanlı, Bəcirəvan və Qızılkənd kəndlərində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün özünün daşıyan izolyasiyalı kabellərlə yenidənqurma işləri aparılır. Rayon Qaz İstismarı sahəsi tərəfindən 2015-ci ilin 9 ayında rayonun qazlaşdırılması işi davam etdirilərək 701 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 10658 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Rayonun Boşçalılar, Şahverdili, Əliqulular, Otuziki, Qaragüvəndikli, Oruclu, Məhəmmədli, Göbəktala kəndlərində və Bəhrəmtəpə qəsəbəsində qaz çəkilişləri başa çatmış və haliyə təbii qazın verilməsi təmin edilmişdir. Hazırda Qaraqaşlı, Mürsəlli, Yuxarı Qaralar, Qaralar, Xoşçobanlı, Sarıxanlı, Çahar, Gövhərli, Soltanmuradlı, və Muradalılı kəndlərində isə qaz çəkilişi işləri davam etdirilir. Rayon üzrə yaşayış mövcud olan 21722 təsərrüfatdan 10658 obanent kodu açılaraq kompyuter qeydiyyatına götürülmüş, bununla da qazlaşdırılma 49,1 faiz olmuşdur. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılmış, qaz xətlərində təmir işləri aparılmışdır. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İmişli şəhər və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9391 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 8261 ədəd evlərə quraşdırılmış və bu sahədə işlər davam etdirilir. Quraşdırılmış su sayğaclarının 8033 ədədi aktivləşdirərək əhaliyə içməli su verilmişdir.Bundan əlavə Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Son aylarda 15 kəndində Modul tipli su təmizləyici qurğularının tikintisi işləti başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Rayonun digər kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə layihə sənədləri hazırlanmışdır.
Təhsil sahəsi üzrə:
İmişlirayonuüzrə 57 tam orta, 3 ümumiorta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumitəhsil məktəblərinə təhsil alan 15337 şagiridin təlim-tərbiyəsi ilə 1690 müəllim məşğul olur. 2014-2015-ci tədris ilində rayon üzrə tam orta təhsilini başa vurmuş 1196 nəfər məzundan 480 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd vermiş, onlardan da 257 nəfəri və ya 54 faizi tələbə adını qazanmışdır. Bu göstərici ötən tədris ilindən 43 nəfər çoxdur. Ümumiyyətlə, 2015-ci ildə rayon üzrə respublikanının dövlət və özəl ali təhsil məktəblərinə qəbul olanların sayı əvvəlki illərin məzunları ilə birlikdə 301 nəfər olmuşdurki, bu da ötən ildən 45 nəfər çoxdur. Qəbul imtahanlarında abituriyentlərdən 22 nəfəri 500-dən yuxarı, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Cari ilin doqquz ayı ərzində də təhsil müəssisələrinin tikintisi, təmiri istiqamətində işlər davam etdirilmişdir. Beləki, Qızlkənd kənd tam orta məktəbinin binasında təmir işləri aparılmış, 55 yerlik Əliqlulular kənd uşaq bağçasının əsaslı təmirinə başlanılmış, eyni zamanda İmişli şəhərində 100 yerlik 2 uşaq bağçasının tikintisi davam etdirilir. Məzrəli kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Səhiyyə sahəsi üzrə:
Rayonda 136 çarpayılıq 1 Mərkəzi Хəstaхana, 1 Uşaq xəstəxanası, 1 poliklinika, 6 kənd sahə xəstəxanası, 12 həkim və 29 tibb məntəqəsi fəaliyyət göstərir. Rayon Mərkəzi Xəstəxanasının tabeçiliyində olan sahə xəstəxanalarında çarpayı yerlərinin sayı 85-dir. Rayonun səhiyyə müəssisələrində ümumilikdə 868 nəfər çalışır ki, onlardan da 87 nəfəri həkim, 368 nəfəri isə orta ixtisas tibb işçiləridir. Hazırda rayonun səhiyyə obyektlərində müxtəlif istiqamətlər üzrə 68 həkim və 94 orta ixtisas tibb işçisi yeri vakantdır. Eyni zamanda, Muradxanlı kənd sahə xəstəxanasında baş həkim vəzifəsi, eləcə də rayon üzrə 12 həkim məntəqəsində müdir və ailə həkim vəzifələri vakantdır. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ildə yenidən qurularaq əsaslı təmir olunan Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Bununla yanaşı rayonun digər səhiyyə müəssisələrinin təmir-tikintisi və maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanımış, nəticədə ötən il Əliyetməzli və Ağaməmmədli kənd tibb məntəqələri yenidən tikilmiş, Muradxanlı kənd sahə xəstəxanası isə əsaslı təmir olunmuşdur. Cari ildə isə Göbəktala kənd tibb məntəqəsi üçün yeni bina inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi Xəstəxanada əhali arasında baş verə biləcək müxtəlif növ xəstəliklərin vaxtlı-vaxtında profilaktikası və müalicəsinin təşkili məqsədilə hər cür şərait yaradılmışdır. Ümumiyyətlə, Mərkəzi Xəstəxanada terapiya, cərrahiyyə, yoluxucu xəstəliklər, mama-ginekologiya, təcili tibbi yardım, reanimasiya, vərəm, fizioterapiya, uşaq şöbələri, eləcə də şüa diaqnostika, laboratoriya , lor kabinələri fəaliyyət göstərir. 28 mart 2013-cü il tarixdən açılmış dializ şöbəsində 5 hemodializ qurğusu quraşdırılmış və hazırda şöbədə Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq İmişli, Saatlı, Cəbrayıl və Biləsuvar rayonlarını əhatə etməklə 35 nəfər dializ xəstəsi müalicə olunur. Rayon Mərkəzi Xəstəxanasında 2015-ci ilin 9 ayı ərzində 10375 nəfər ambularor qəbul edilmiş, 2892 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Aparılan təhlillər zamanı cari ilin 9 ayı ərzində rayonda şəkərli diabet, vərəm, eləcə də heyvan mənşəli xəstəlik olan bruselyoza yoluxanların sayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunmuşdur. Qeyd edək ki, bruselyoz xəstələiyinə tutulanlar daha çox rayonun Xəlfəli, Sarıxanlı, Qulubəyli və Oruclu kəndlərində təsadüf olunmuşdur. Hazırda rayon üzrə şəkərli diabet xəstələrinin ümumi sayı 2628 nəfər, vərəm xəstələrinin sayı isə 567 nəfər təşkil edir. Son 9 ay ərzində ilkin olaraq 215 nəfərdə şəkərli diabet, 19 nəfərdə vərəm, 25 nəfərdə isə bruselyoz xəstəliyi aşkar olunmuşdur. Ötən müddət ərzində rayon ərazisində əhali arasında malariya xəstəliyinə təsadüf edilməmişdir. Əvvəlki illərdə olduğu kimi cari ildə də, imtiyazlı təbəqədən olan xəstələrin, habelə şəkərli diabet, vərəm, ruhi-əsəb xəstələrinin dərman preparatları və sarğı materialları ilə təminatı ciddi nəzarətdə saxlanılmışdır. Belə ki, ilin əvvəlindən başlayaraq hal-hazıradək şəkərli diabet xəstələrinə 100 ədəd şəkər ölçən aparat (qlükometr) və 1310 qutu test çubuqları verilmişdir. Rayonda 2015-ci ilin 9 ayı ərzində 970 nəfər uşaq doğulmuş və 1 yaşadək doğulan uşaqlar arasında ölüm halları qeydə alınmamışdır. Yeni doğulan uşaqların 98,8 faizi təqvim planına uyğun olaraq profilaktik peyvəndlərə cəlb olunmuşdur. Aparılan qabaqlayıcı tədbirlər nəticəsində uşaqlar arasında difteriya, poliomielit kimi təhlükəli xəstəliklər aşkar olunmamışdır.
Mədəniyyət sahəsi üzrə:
Cari ilin doqquz ayı ərzində rayonunun mədəniyyət müəssislərinin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də əlamətdar günlər, tarixi hadisələr, görkəmli şair və yazıçıların yubileylərinin təşkili və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ötən müddət ərzində Rayon Mərkəzi kitabxanasının binasında və Mədəniyyət sarayında habelə digər mədəniyyət müəssisələrinin binalarında müvafiq təmir işləri aparılmışdır.

Gənclər və idman sahəsi üzrə:
Rayonda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, eləcə də, müxtəlif idman növləri ilə məşğul olması məqsədilə 2015-ci ilin doqquz ayında bir sıra mədəni-kütləvi idman tədbirləri həyata keçirilmişdir. Heydər Əliyev adına istirahət parkında inşa edilən Gənclər Mərkəzində stolüstüoyunlar, atıcılıq, electron kitabxana, internet klublar, 3D zalı və digər xidməti sahələri yeniyetmə və gənclərin istifadəsinə verilmişdir. Bundan əlavə rayonun bir çox kəndlərində gənclərin boş vaxtlarının səmərəli keçirilməsi məqsədilə idman qurğularının və obyektlərinin tikintisinə ehtiyac vardır.



Nəqliyyаt sаhəsi üzrə:
2015-ci ilin doqquz ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 6.443.300 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 2.795.700 manatı yük daşınmasından, 3.647.600 manatı isə sərnişin daşınmasından yaranmışdır.

Rabitə xidməti üzrə:
2015-ci ilin 9 ayı ərzində rayon üzrə 174 abonentə telefon xətti çəkilmişdir. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 3019 nəfərə çatdırılmışdır. 2015-ci ildə əhalinin genişzolaqlı internetə olan təlabatını ödəmək məqsədilə DSLAM avadanlığı olmayan kəndələrdə DSLAM avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur. Şəhər ərazisində yeni salınmış yaşayış massivində 512 nömrəlik yeni MSAN-tipli EATS-in tikintisi ilə əlaqədar konteyner qoyulmuş və 2 km uzunluğunda FO-4 kabeli çəkilmişdir. Yaxın günlərdə obanentlərə telefon çəkilişinə başlanılacaqdır. 2015-ci ilin 9 ayı ərzində əlavə olaraq Mərkəzi EATS-də 512, Cəfərli EATS-i 32, Qaradonlu EATS-i 32, Qaragüvəndikli EATS-i 32 portluq genişzolaqlı internet avadanlıqları quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir. Bu sahədə işlər davam etdirilir.

Ticarət üzrə:
Rayon üzrə ticarət sahəsi demək olar ki, tamamilə özəlləşdirilmiş, ticarət üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir.
2015-ci ilin doqquz ayında rayonda pərakəndə əmtəə dövriyyəsi 121.266.200 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 27.483.700 manat təşkil etmiş, ötən ilin müvаfiq dövrü ilə müqаyisədə pərаkəndə əmtəə dövriyyəsi 8,7 fаiz аrtmışdır.
2015-cü ilin 9 ayında sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.
Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
Bolgexeber.com
İmişli rayonunda hesabat yığıncağı keçirilib
İmişli rayonunda hesabat yığıncağı keçirilib