Bərdə rayonunda daha iki kəndə təbii qaz verildi-FOTO
30-10-2015, 23:28
Oxunub: 2 409
28 oktyabr 2015-ci il tarixdə Bərdə rayonunda daha iki kənddə -Hüseynalılar və Xanağalı kəndlərində qaz açılışı olmuşdur
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev,YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığını, Hüseynalılar kəndinin 115 fərdi yaşayış evinin qazlaşdırılması üçün 19,1 km müxtəlif diametrli qaz xətləri çəkildiyini, 22 ədəd siyirtmə quraşdırıldığını,Xanağalı kəndinin 146 fərdi yaşayış evinin qazlaşdırılması üçün 21,5 km müxtəlif diametrli qaz xətləri çəkildiyini, 18 ədəd siyirtmə quraşdırıldığını,bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır. Tədbirdə Hüseynalılar kənd sakinləri Filyar Məmmədova, Aqşin İsmayılov, Misirxan İsgəndərov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə , “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər. Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev , “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakinləri ilə söhbət etmişlər.
Bolgexeber.com


Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət