BolgeXeber.Com » Bölgə » Ağcabədi icra başçısı 120 sahibkarın torpağını əlindən alır

Ağcabədi icra başçısı 120 sahibkarın torpağını əlindən alır

31-10-2015, 10:15
Oxunub: 3 855 Ağcabədi icra başçısı 120 sahibkarın torpağını əlindən alırElqayıt Kərimov: “Xahiş edirəm, araşdılsın görək 5 diplomat pulu verən kimdir?”

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 120 sahibkarın torpağını əlindən alır. Bu haqda qəzetimizə sahibkarlardan biri - rayonun Avşar kənd sakini Elqayıt Kərimov məlumat verib.

Onun sözlərinə görə 13 aprel 2015-ci ildə sahibkarları İcra Hakimiyyətinə çağırıb: “Şahin Məmmədov hamının qarşısında dedi ki, 2008-ci ildə ona 5 diplomat pul veriblər ki, Haramı və Ergi torpaqlarını satsım. Lakin onu etmədim. Belə görünür ki, indi artıq diplomatların sayı artıb, ona görə Şahin Məmmədov 12 min hektar torpağı satmaq istəyir. Xahiş edirəm, araşdılsın görək 5 diplomat pulu verən kimdir?

Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatmı dəyişdirərək camaatdan alıb hansısa şirkətə satıb. Bu gün Şahin Məmmədov belə güman edir ki, o bütün Ağcabədini sata bilər. Ağcabədi rayonunun Kəbirli kəndindən də 2800 hektar torpaq satılıb".

Sahibkar prezidentə və baş prokurora müraciət edərək rayona ayrılan pulların mənimsənildiyini də açıqlayıb: Şahin Məmmədov prezidenti abadlıq üçün ayırdığı pulları mənimsəyib. Abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək Prezidentimizin tərəfindən milyonlarla ayrılmış pulları mənimsəyir.

2013-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilib və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirib. Belə ki:

1. Pərioğullar kənd icra nümayəndəliyinə 13200 manat
2. Salmanbəyli kənd icra nümayəndəliyinə 9400 manat
3. Şahsevən kənd icra nümayəndəliyinə 4200 manat
4. Yeniqaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
5. Hacıbədəlli kənd icra nümayəndəliyinə 29200 manat
6. Hüsülü kənd icra nümayəndəliyinə 15800
7. Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
8. Hacılar kənd icra nümayəndəliyinə 9400 manat
9. Minəxorlu kənd icra nümayəndəliyinə 9400 manat
10. Ağcabədi şəhər icra nümayəndəliyinə 85500 manat
11. Şərəfxanlı kənd icra nümayəndəliyinə 6800 manat
12. Kəbirii kənd icra nümayəndəliyinə 8400 manat
13. Boyad kənd icra nümayəndəliyinə 22500 manat
14. Ağcabədi rayon təhsil şöbəsi 25299 manat
15. Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manat
16. Ağcabədi rayon Təhsil şöbəsi Cavid Kİ MMC 113890 manat
17. Ağcabədi rayon Təhsil şöbəsi Əzim 3M MMC 112910 manat
18. Ağcabədi rayon Mərkəzi xəstəxanası Tünzalə V MMC 86900 manat
19. Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi Ülkər H MMC 47950 manat
20. Rasmik MMC-24 812 manat
21. Ağcabədi şəhər icra nümayəndəliyinə 650462 manat

Cənab prezident, hörmətli baş prokuror, bu pullar iş görülmədən saxta sənədlərlə mənimsənilib! Xahiş edirəm bu faktlar araşdırılsın.

Cənab Baş Prokuror! Biz sahibkarlar haqqımızı və hüququmuzu müdafiə etmək məqsədilə sizə və Respublika Rəhbərliyinə müraciət etdiyimiz üçün Şahin Məmmədov tərəfindən təqib olunuruq, bizə qarşı şantajlar olunur. İndi Ş.Məmmədov heç bir əsas olmadan bir qrup sahibkarı məhkəməyə verib və deyir ki, mənim imkanlarım sizinkindən çoxdur, məhkəməyə təsir edərək sizi torpaqlarınızdan çıxardacam və sizə məxsus olan torpaqları satacağam".
Sahibkarın sözlərinə görə baş prokurora ünvanladığı müraciətlər ünvana çatmır: “Dövlət orqanlarına yazdığımız şikayətləri araşdırlmaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərirlər. Şahin Məmmədov sizin işçilər tərəfindən müdafiə edilir. Korrupsiya faktı olduğu halda məktublar Əmlak Məsələləri Dövlət Komitəsinə, Ağcabədi rayon Prokurorluğuna və Ağcabədi rayon İcra Hakimiyyətinə göndərilib. Bu hansı qanunda var ki, Şahin Məmmədovdan şikayət edilsin, ərizə və şikayət Ş.Məmmədun özünə göndərilsin? Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirib. Onun eyni zamanda Daşkəsəndə, Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev və obyektləri vardır. O, xarici ölkələrdə, Batumidə, Dubayda, Almaniyada villalar alıb. Bütün bunlar üçün külli miqdarda vəsait xərclənib ki, Şahin Məmmədovun halal qazancı buna yetməz! Elə bunun özündə korrupsiya faktları görünür.

Şahin Məmmədov Ağcabədi şəhərində yol kənarına arx çəkdirərək bildirir ki, guya kanalizasiya çəkdirib. Həmin arxlara uşaqlar düşür zədələnir, maşınlar düşür zədələnir. Həmin dırnaqarası kanalizasiyalar ayrı-ayrı idarə və təşkilatlara çəkdirilir. Dövlətdən ayrılan külli miqdarda vəsait isə Şahin Məmmədovun şəxsi vəsaitinə çevrilir. O, 10 ildə heç bir iş görməmiş və bütün idarə və müəssisələrin hesabında olan vəsaiti mənimsəmişdir".

Sahibkar prezidentin Ağcabədinin adablaşdırma üçün ayırdığı milyonlarla vəsaitin də mənimsənildiyini bildirib: “Prezidentimiz tərəfindən ayrılan vəsaitin hara və necə xərclənməsi yerində yoxlanılsın. Həmin pulların Şahin Məmmədov tərəfindən mənimsənildiyi o zaman məlum olacaq. Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 adəd artezian quyusundan 16 km su kəməri çəkilib. Şahin Məmmədov artezian quyularını bu yaxınlarda çobanlara satıb! 16 km çuqun boru isə çıxardıraraq l milyon manata satılıb. Qaradolaq, Mehrablı, Yeniqradolaq və Aran kəndlərinə içməli su üçün külli miqdarda vəsait ayrılmış, isə görülmədi. Xahiş edirəm ayrılmış pulların hara xərcləndiyi araşdırılsın. Hüsülü - Qiyamadınlı yolunun təmirinə 5 milyon manat pul ayrılıb. Yolun təmiri Ağcabədi rayon yol tikinti idarəsi tərəfindən görüldü, amma yolun təmirinin Şahin Məmmədova məxsus olan ”Fərid MMC" tərəfindən həyata keçirildiyi sənədləşdirərək pullar mənimsənilildi. Yolda çayın üzərindən körpü tikilməsi nəzərdə tutulurdu. Lakin körpü tikilmədi. Xahiş edirəm yoxlanılsın görək körpüyə ayrılmış pullar kim tərəfindən mənimsənilib?

2014-cü ildə Ağcabədi rayonunda Şahin Məmmədovun rəhbərliyi altında tikilən məktəbin heç birində sığınacaq tikilməyib və ayrılan pullar mənimsənilib. Məktəb binaları bərbad haldadır. Bildirirəm ki, Ağcabədi rayonunun Hüsülü, Muğanlı, Təzəkənd, Minaxor, Arasbar, Qiyamadınlı, Mirzaverdili, Kürdlər, Kəhirli və Şərəflxanlı kənd yolların əsaslı təmirinə 2014-cü ildə 5 milyon manat pul ayrılıb. Kəndlərə yol çəkilməyib və 2014-cü ildə yollar istifadəyə verilib. Qarqar çayının üstündən körpü salınmayıb. Şahin Məmmədov deyir ki, pullar qurtardı. Rayonun Avşar, Salmanbəyli, Taymaq, Hacıbədəlli və Şənlik kəndlərinin yolları bərbad haldadır. Şahin Məmmədov bildirir ki, vəsait yoxdur. Xahiş edirəm bu fakt yoxlanılsın və 2 milyon 700 min manat pulun verilməsi dayandırılsın! Şahin Məmmədov haqda ciddi tədbir görülsün".

Sahibkar deyir ki, Ş.Məmmədov onların dövlət qurumlarına yazdıqları şikayətlərin qarşısını alır:

“Şahin Məmmədovun çirkli pulları ərizələrin yoxlanılmasına imkan vermir, ərizələrimiz Şahin Məmmədovun üstünə göndərilir. O isə şikayətlərimizə cavab vermir”.
“Yeni Müsavat”
Ağcabədi icra başçısı 120 sahibkarın torpağını əlindən alır