Tərtərdə səsvermə uğurla başa çatmışdır-FOTOLAR
2-11-2015, 12:05
Oxunub: 4 966
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda seçkilər uğurla başa çatıb
Tərtərli seçicilər məntəqələrə gələrək öz seçki hüquqlarından istifadə edərək, istədikləri namizədə səs veriblər.Bolgexeber.com bildirir ki,parlament seçkiləri 95 saylı Tərtər seçki dairəsinin 41 məntəqəsində keçirilib. Məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmış, 8 məntəqədə veb-kamera quraşdırılmışdır. Dairə üzrə seçicilərin ümumi sayı 40834 nəfərdir. Səsvermənin yekun nəticələrinə görə seçicilərin 55 % səsvermədə iştirak etmişdir. Səsvermənin gedişini 446 yerli və beynəlxalq müşahidəçi izləmişdir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə dairə ərazisində “exit-poll” keçirmişdir. Yerli və beynəlxalq müşahidəçilərin rəylərinə və “exit-poll”un yekun nəticələrinə əsasən Tərtər rayonunda seçkilər azad, demokratik və şəffaf şəkildə keçirilmişdir. Dairə üzrə 6 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparmışdır.
Tərtər rayonunda gənclər və yaşlı nəslin nümayəndələri də seçkilərdə fəal iştirak edirlər. 95 saylı Tərtər seçki dairəsi üzrə seçicilərin 644 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edən gənclərdir. 955 nəfərinin yaşı 80-100 arası, 22 nəfərin yaşı isə 100-dən yuxarıdır. Rayonun ən yaşlı seçiciləri olan Seydimli kənd sakinləri 117 yaşlı Minə Əliyeva, 108 yaşlı Ülkər Mirzəyeva və Səhləbad kənd sakini 115 yaşlı Gövhər Almuradova da seçkilərdə səs veriblər.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər