BolgeXeber.Com » Bölgə » Beyləqanda şagirdləq qaçaq düşüb - təhsil problemi

Beyləqanda şagirdləq qaçaq düşüb - təhsil problemi

4-11-2015, 11:53
Oxunub: 3 700 Beyləqanda şagirdləq qaçaq düşüb - təhsil problemiRTŞ müdirinin özbaşınalıqlara yol vermiş məktəb direktoruna qarşı hər hansı bir tədbir görmək qədər səlahiyyəti yoxdur

Bir müddət bundan əvvəl redaksiyamıza daxil olmuş məlumatlarda Beyləqan rayon 3 saylı orta məktəbin direktoru Xuraman Əliyevanın fəaliyyətlərində yer almış neqativ hallar barədə açıqlamalar öz əksini tapmışdı. Bu açıqlamalarda xüsusilə diqqəti cəlb edən maraqlı bir məqam isə bu idi ki, hətta Beyləqan RTŞ-nin rəhbərliyi də 3 saylı məktəbdə cərəyan edən hadisələrə müdaxilə etmək imkanlarına malik olmadığını bəyan etmişdi. Xatırlayırsınızsa, mövzuya dair dərc etdiyimiz ötən materiallardan birində qeyd olunmuşdu ki, bu yaxınlarda Beyləqan rayon 3 saylı orta məktəbin bir qrup müəlliməsi Xuraman xanımın davamlı olaraq yol verdiyi özbaşınalıqlar səbəbindən RTŞ-yə şikayət etmişlər. Lakin şöbənin müdiri Tofiq Sadıqov buna cavab olaraq bildirmişdi ki, o, Xuraman xanıma “bata bilmir” və yaxşı olar ki, müəllimələr öz şikayətlərini Rayon İcra Hakimiyyətinə təqdim etsinlər. Başqa sözlə desək, RTŞ müdirinin özbaşınalıqlara yol vermiş məktəb direktoruna qarşı hər hansı bir tədbir görmək qədər səlahiyyəti yoxdur. Həmçinin ötən materiallarda biz artıq bildirmişdik ki, Xuraman Əliyeva rəhbərlik etdiyi məktəbdə həm də ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərir. Amma təbii ki, bu fəaliyyət digərlərindən fərqlənir. Belə ki, mənbənin iddiasına görə hər ay, vaxtı-vaxtında ibtidai sinif müəlliməsi üçün nəzərdə tutulmuş əmək haqqını alan Xuraman xanım, bunun müqabilində birinci iniflərə dərs deməyi öz “ləyaqətinə sığışdırmır”. Buna görə də həmin dərsləri faktiki olaraq məktəbin digər məüllimələri keçirməli olurlar. Amma direktordan fərqli olaraq, Xuraman xanımın qardaşı və təsərrüfat işləri üzrə müavini Şahin Rüstəmov nəinki, öz vəzifə borclarını başqalarının üzərinə qoymur, əksinə o, hətta digərlərinin də işini sevə-sevə görür. Bu xüsusda mənbə xəbər verir ki, bu gün 3 saylı məktəbin qazanxanasında bir ştat vahidi mövcuddur və bu vəzifədə bir nəfərin adı qeyd olunub. Lakin həmin şəxs ümumiyyətlə işə çıxmır. Onun vəzifələrini isə məhz Şahin Rüstəmov həyata keçirir. Təbii ki, həmin ştat vahidinə yazılan əmək haqqını da Şahin Rüstəmov yenə də özü alır. Daha sonra təqdim olunmuş digər bir məlumata görə isə, əvvəllər məktəb bufetini işlədən Güllü xanımın bu cəhətdən bəxti daha çox gətirib. Belə ki, Xuraman xanım məktəbin bufetini öz kiçik oğluna həvalə edərkən, Güllü xanımın adını məktəbdə xadimə ştatına yazdırıb. İndi isə keçmiş bufetçi, ayda 1 və ya 2 dəfə gəlib məktəbin idman zalını təmizləməklə, hər ay aldığı xadimə məvacibinin halallığını ödəmiş olur. Amma yeni aldığımız başqa bir məlumatda yeni tədris ilinə başlandığı vaxtdan məktəb bufetində alverin heç də yaxşı getmədiyi bildirilir. Vurğulanır ki, məktəbin su təchizatı kəsildiyi üçün, hazırda binanın sanitar qovşaqlarının da qapıları kilidlənib. Bu vəziyyət isə, valideynlərin öz uşaqlarını təcili olaraq rayonun başqa məktəblərinə keçirmələrinə səbəb olub. Mənbələr bildirirlər ki, bu hal artıq kütləvi xarakter almağa başlayıb. Maraqlıdır ki, 3 saylı məktəb bu gün rayonda şagirdlərdən ən çox pul yığılan məktəb kimi tanınsa da, Xuraman Əliyeva su təchizatı probleminin həllində acizlik nümayiş etdirir.

Digər tərəfdən isə, yeni aldığımız daha bir məlumatda bütün bu neqativ halların fonunda Beyləqan rayon 3 saylı orta məktəbində ədalətin kiçik zəfərlərinin də ara-sıra müşahidə olunduğu qeyd edilir. Məsələn, bildirilir ki, hələ ötən tədris ilinin sonlarında Xuraman Əliyeva tərəfindən qanunsuz olaraq işdən azad edilmiş ədəbiyyat müəlliməsi Güllü İsmayılova bu yaxınlarda məhkəmənin qərarı ilə yenidən öz işinə bərpa olunmuşdur. Və beləliklə də, direktorun həmin “vakant” yerə ödəniş müqabilində yeni işçi götürmək planı baş tutmamışdır...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.