BolgeXeber.Com » Bölgə » Dövlət bayrağı günü İmişli rayonunda qeyd olunub-FOTO

Dövlət bayrağı günü İmişli rayonunda qeyd olunub-FOTO

5-11-2015, 17:47
Oxunub: 4 655 Dövlət bayrağı günü İmişli rayonunda qeyd olunub-FOTOŞəhər mərkəzində bayraq meydanı inşa edilib, ətrafında park yaradılıb

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dövlət rəmzlərindən biri və xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımızın movcudluğundan danışılıb. Mərasimdə çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev milli atributlarımızdan olan dövlət bayrağımıza göstərilən qayğı və sevgidən danışıb. Bildirib ki, Dövlət rəmzlərimizin yaradılması onun formalaşması və geniş ictimaiyyət tərəfindən mənimsənilməsi ümummilli lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Həmçinin bildirilib ki, dövlət rəmzlərinin təbliği, məzmun və mahiyyətinin daha dərindən öyrənilməsi ilə bağlı rayonda xeyli iş görülüb. Şəhər mərkəzində bayraq meydanı inşa edilib, ətrafında park yaradılıb. Hazırda uzunluğu 76 metr olan üçrəngli bayraq daglanır. Tədbirdə həmçinin, milli bayrağımızın tezliklə işgal altında olan doğma yurdlarımızda dalğalanacağı inamı ifadə olunub.
Bolgexeber.com
Dövlət bayrağı günü İmişli rayonunda qeyd olunub-FOTO