BolgeXeber.Com » Bölgə » Şəmkirdə mədəniyyət problemi... - Nazirin nəzərinə...

Şəmkirdə mədəniyyət problemi... - Nazirin nəzərinə...

5-11-2015, 16:33
Oxunub: 3 013 Şəmkirdə mədəniyyət problemi... - Nazirin nəzərinə...Şəmkirin mədəniyyətini və tarixini özündə əks etdirən mədəni-tarixi abidələr böyük əhəmiyyət kəsb edir

Hələ bir müddət bundan əvvəl qəzetimizin səhifələrində Şəmkir rayonu Mədəniyyət və Turizm şöbəsinin fəaliyyətində müşahidə olunan neqtiv hallara dair tənqidi materiallar dərc olunmuşdu. Həmin materiallarda mədəniyyət və turizm şöbəsinin keçmiş rəhbərliyinin öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdı. Bundan sonra, şöbənin rəhbərliyinin dəyişdirilməsilə əlaqədar yerli ictimaiyyətdə bu sahədə mövcud problemlərin də artıq öz həllini tapacağına dair bir əminlik yaranmışdı. Lakin Əsgər Ələsgərovun bu vəzifəyə təyinatından artıq kifayət qədər vaxt keçsə də, nəinki köhnə problemlər öz həllini tapmamış, əksinə onların sirasına hələ yeniləri də əlavə olunmuşdur. Məlumdur ki, Azərbaycanın dünyaya təqdim edə biləcəyi çox böyük və maraqlı mədəni irsi, turizm üçün əlverişli bölgələri vardır. Bu səbəbdən də, ölkə ərazisində tətbiq edilən regionların inkişafı proqramının nəticələri məhz daxili və beynəlxalq turizmin inkişaf etdirilməsi ilə qarşılıqlı asılılıq əlaqələrinə malikdir. O cümlədən Şəmkirin mədəniyyətini və tarixini özündə əks etdirən mədəni-tarixi abidələr böyük əhəmiyyət kəsb edir. Bunlardan əsas olaraq Muxtariyyə kəndində VII-VIII əsrlərə aid Şəmkir qalası, Şəmkir körpüsü, XI əsrə aid Şəmkir minarəsi, Şəmkir şəhər xarabalığı, rayon ərazisində qədim insan məskənlərindən biri hesab edilən Dağ-Daşbulaq kəndində Alban abidəsi – Pir daha maraqlıdır. Zəyəm çayı üzərində körpü, Şəmkir şəhərində “Köroğlu” qalası əsrlərə sirdaş, tariximizin zəngin yaddaşıdır. Bütün bunlar bir daha təsdiq edir ki, rayonda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Lakin təəssüflər olsun ki, bu gün rayon mədəniyyət və turizm şöbələrnə rəhbərlik edən kadrların heç də hamısı öhdəsinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini tam ciddiliyi ilə dərk etmirlər. Belə ki, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, bu gün Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri, eləcə də mədəniyyət obyektləri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda isə Əsgər Ələsgərov tərəfindən ödənişdən boyun qaçıran obyektin sahibi üçün elə problemlər yaradıla bilər ki, müəssisəyə dəyəcək ziyan aylıq haqqı bir neçə dəfə üstələyər. Həmçinin məlumatlarda bildirilir ki, bölgədə turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Əsgər Ələsgərov tərəfindən mənimsənilir. Həmçinin məlumatlarda bildirilir ki, Əsgər Ələsgərov rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının planlaşdırılması ilə həyata keçirdiyi müxtəlif maxinasiyaların köməyi ilə külli miqdarda rüşvət yığımına və büdcə vəsaitlərinin mənimsənməsinə nail olub. Bundan başqa isə, mənbələr rayonda fəaliyyət göstərən bir neçə musiqi məktəblərində tipik “ölü canlar” maxinasiyasının tətbiq olunduğunu vurğulayırlar. Digər tərəfdən də açıqlamalarda rayonda fəaliyyət göstərən bəzi müəssisələrin ümumiyyətlə yalnız sənəd üzərində mövcud olduğu iddia edilir. Vurğulanır ki, Şəmkirin kəndlərində fəaliyyət göstərən kitabxanalar, mədəniyyət evləri və klublar da hazırda şəxsi qazanc mənbəyi kimi çıxış edırlər. Belə ki, kəndlərdə yerləşən bu müəssisələr əslində sadəcə formal qurumlar kimi fəaliyyət göstərirlər. Kitabxana, mədəniyyət evləri və klublarda bir çox işçilərin sadəcə adları maaş cədvəlində qeyd olunub. İşçilərin adlarına yazılan əmək haqqları isə yenə də şöbənin rəhbərliyinə çatır...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.