Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - FOTO
6-11-2015, 18:24
Oxunub: 5 164
Noyabrın 7-də Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Tərtər rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə olmuşlar
Qonaqlar əvvəlcə ön xətdə xidmət edən əsgər və zabitlərimizin vəziyyəti, yataq, yemək şəraitləri ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər.Bolgexeber.com xəbər verir ki, hər iki rayonun icra hakimiyyətinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini “9 noyabr-Dövlət Bayrağı günü” münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduqlarını bildirmişlər. Azərbaycan ordusunun günü-gündən gücləndiyini və ali baş komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını əminliklə ifadə etmişlər. Bayram münasibəti ilə hərbçilərə bayram sovqatları və hədiyyələr paylanmış, rayon rəhbərləri əsgərlərlə birgə nahar süfrəsi arxasında əyləşmişlər. Sonra tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər