BolgeXeber.Com » Bölgə » İmişlidə Konstitusiya Günü qeyd olunub

İmişlidə Konstitusiya Günü qeyd olunub

12-11-2015, 19:11
Oxunub: 3 605 İmişlidə Konstitusiya Günü qeyd olunubİmişli rayonunda 12 noyabr Konstitusiya Günü qeyd edilib

Bolgexeber.com-un məlumatına görə tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev açaraq rayon ictimaiyyəti nümayəndələrini konstitusiya günü münasibətilə təbrik edib. Cənab Vilyam Hacıyev “Heydər Əliyev və müstəqil Azərbaycanın konstitusiyası” mövzusunda geniş məruzə ilə çıxış edib. V.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışan natiq bildirib ki, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə köklü islahatlar aparılıb. Cənab başçı Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq, bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd edib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tədbiri yekunlaşdıraraq ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərdə qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatları nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib.
Sonda dövlət himni ilə tədbir yekunlaşdırılıb.
İmişlidə Konstitusiya Günü qeyd olunub