İcra başçısı ondan şikayət edən işçisini qovdu - ŞAMAXIDA
16-11-2015, 15:40
Oxunub: 4 055
Şamaxı rayon icra hakimiyyətindəki işindən azad edilən Elnur Süleymanov mətbuata müraciət edib
O, müraciətində bildirir ki, 2003- cü ildən 2015-ci ilə kimi İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb: "Bu ilin fevral ayının 20-də "Şamaxı rayonunda cərəyan edən ictimai-siyasi proseslər haqqında” başlıqlı məlumat hazırlayaraq Prezident Administrasiyasına göndərmişəm. Müraciətimdə üzrlü səbəbdən işimin rayon icra hakimiyyətindən Bakı şəhərində yerləşən icra hakimiyyətlərindən birinə dəyişilməsini xahiş etmişdim, həm də rayon icra hakimiyyətində mühüm postlar tutmuş bəzi vəzifəli şəxslərin icra hakimiyyətinə müraciət edən sadə vətəndaşları süründürməçilik, qaba rəftar və.s. kimi hərəkətlərilə bezdirməklə camaatı dövlətdən narazı salmaqda olduqlarını, işlərinin ancaq özlərinə var-dövlət yığmaq olduqlarını bildirmişdim.
Bu müraciətimdən sonra martın 30-da işdən çıxmağımla bağlı ərizə yazmağımı tələb etdilər. Mən onsuz da üzrlü səbəblərdən Bakıya gedəcəyimi, mənə möhlət vermələrini istədim. Ancaq onlar bu istəyimi nəzərə almadılar, təzyiqlə mənə ərizə yazdıraraq işdən çıxardılar.
Mən xahiş edirəm ki, ölkə rəhbərliyi yeddi aydan çoxdur ki, haqsız olaraq işdən çıxarıldığımı, ailədə tək işləyən olduğumu, üçü məktəbli olmaqla himayəmdə olan dörd azyaşlı uşağımı və yaşayış yerimi dəyişərək artıq Bakı şəhərində məskunlaşdığımı nəzərə alıb, burada əvvəlki işimə uyğun bir işə bərpa olunmağıma köməklik göstərsin”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər