Bu gün İmişli rayonunun daha 2 kəndinə təbii qaz verilib
19-11-2015, 16:32
Oxunub: 4 030
Ümumilikdə 940 abonenti olan hər iki kəndin qazlaşdırılması işi başa çatdırılıb
İmişli rayonunun Qaralar və Cavadxanlı kəndlərinə "mavi yanacaq" verilib.
Bu münasibətlə keçirilmiş tədbirdə İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, Milli Məclisin üzvləri Əsabil Qasımov və Çingiz Qənizadə, "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd yolları da abadlaşdırılır, yeni sosial obyektlər inşa edilir. Rayonda təhsil ocaqlarının 80 faizi yenidən qurulub və əsaslı təmir edilib. Hazırda isə rayonda 2 körpələr evi-uşaq baxçasının tikintisi başa çatmaq üzrədir.Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər