BolgeXeber.Com » Bölgə » Razim Məmmədov sakinləri belə ələ salır... - FOTOLAR

Razim Məmmədov sakinləri belə ələ salır... - FOTOLAR

1-12-2015, 16:45
Oxunub: 3 530 Razim Məmmədov sakinləri belə ələ salır... - FOTOLARXətai rayonunda, "Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən, daha dəqiqi, Məhəmməd Hadi küçəsi 41 nömrəli binanın həyətində vurulan bu plakat sakinləri 1 ilə yaxındır ki, aldadır.

Binanın sakinləri bu plakatın düz 1 il əvvəl bura qoyulduğunu Moderator.az - ın əməkdaşına bildiriblər. Amma fotolardan da göründüyü kimi burada nəinki heç bir iş görülməyib, hətta yer tullantılarla doludur.

Hələ həyətdəki bir işıq dirəyinə bərkidilmiş plakatda yazılanlar burda görülən işlərin sanki xəyalən baş verdiyini göstərir: "Tullantıları müvafiq qutulara atın". Binanın həyətində isə üstündə müvafiq tullantıları qeyd edən bir dənə də olsun zibil qutusu gözümüzə dəymədi. Binada yaşayanlar hələ də həyətdə bir parkın salınacağını gözləyirlər.

Maraqlısı budur ki, bu plakat qoyulandan bir müddət sonra həyətin yuxarı hissəsi hasara alınıb. Kimsə və ya kimlərsə burada tikinti aparmaq istəyirmişlər...
Bolgexeber.com