BolgeXeber.Com » Bölgə » Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTO

Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTO

9-12-2015, 20:45
Oxunub: 3 700 Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTOXalqa bağışlanan ömür

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.Bu münasibətlə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam edir.Heydər Əliyev Mərkəzinə gələn qonaqlar, şəhər 1, 4, 5, 6, 7, 8, 9 saylı orta məktəblərin müəllim və şagirdləri əvvəlcə Ulu öndərin adını daşıyan parkda abidəsi önünə gül dəstələri qoyurlar.Sonra ayrı-ayrı qruplar şəklində Mərkəz bələdçisi tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqqında onlara məlumat verilir.Ekspozisiya zalını gəzdikdən sonra Mərkəzin kino zalında “Əbədiyyət yolu”, “Şəxsiyyət” sənədli filmlərinə tamaşa edirlər.
09.12.2015-ci il tarixində isə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi.Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, 2003-cü il dekabr ayının 12-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın eks Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi və taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Mərkəzin əməkdaşları Şəbnəm Mehtiyeva və Təranə Məlikova çıxış etdilər.Çıxışlardan sonra Mərkəzin Kiçik Heydərçilər dərnəyinin üzvlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi.Tədbirin sonunda “Əbədiyyət yolu” sənədli filminə tamaşa edildi.


Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru
Aytən Zülfəliyeva
Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi-FOTO