Füzulidə Heydər Əliyevin xatirəsi anılıb
12-12-2015, 16:25
Oxunub: 4 230
Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində daima yaşayacaq
Ulu öndər Heydər Əliyevin vəfatının on ikinci ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir. Dekabrın 12-də rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının kollektivləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını bildiriblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərə füzulililər adından sonsuz sevgi və ehtiramını ifadə edib.
Alı Alıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Bu gün biz qətiyyətlə deyə bilərik ki, bu günki müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir.
On iki il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Bildirilib ki, Heydər Əliyevin ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bolgexeber.com











Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər