Gəncə dindarları etiraz edir
16-04-2012, 14:00
Oxunub: 5 765

Gəncədə dindarlar məscidlərə elektrik sayğaclarının quraşdırılmasını birmənalı qarşılamayıblar.
Gunxeber.com-un ganca.az saytına istinadən verdiyi məlumata görə, Şəhərin Şah Abbas Came məscidində namaz qılan bir neçə şəxsin dediyinə görə, iki gündür ki, məscidə işıqlar yanmayıb və gecələr şam işığı ilə namaz qılmağa məcbur olublar. İşıqların yanmamasının səbəbini açıqlayan Gəncə Regonal Elektrik Şəbəkəsinin müdiri Əhməd Musayevin sözlərinə görə, ötən həftədən başlayaraq şəhərdə olan 7 məscidin hamısına elektrik sayğacları quraşdırılıb.
Bir neçə gün öncə isə Şah Abbas məscidində elektirik sayğacının quraşdırma işləri tamamlanıb. Lakin məscidin nümayəndələri bu işi bir mənalı qarşılamayıb:
“Onlar etiraz ədərək bildiriblər ki, “Allahın evi”nə niyə sayğac quraşdırırısız? Bizə əvvəlki kimi elektrik verilsin.” O bildirib ki, dövlət tərəfindən verilən xüsusi tapışırığa əsasən respublikanın bütün məscidlərində sayğaclar quraşdırılıb.
Ə.Musayev onu da bildirib ki, quraşdırılan sayğaclar kart sistemli olduğu üçün kartlar bütün axundlara təhvil verilib və onların özləri poçt şöbələrində ödəniş edərək, enerjiyə olan tələbatlarını aradan qaldırmalıdırlar:
“Mən həmin məscidin axundu ilə görüşdüm və sayğacın kartını ona təhvil verdim. Onların özləri gedib ödəniş etmeyiblər ki, məscidin işıqları yansın”.
Ə.Musayev onu da qeyd edib ki, bu cür problem digər məscidlərdə isə yaranmayıb.
Şah Abbas məscidinin axundu Hacı İsgəndərin verdiyi məlumata görə, işıqların yanmamasına Gəncə Regonal Elektrik Şəbəkəsi ilə aralarında olan anlaşılmazlıq səbəb olub:
“Mən bildirmişdim ki, “Allahın evi”inə niyə sayğac quraşdırılır, bunu etməmək olmazmı?, onlar da bildirdi ki, hökümət qərarı ilə görülən işdir və bütün məscidlərə sayğaclar quraşdırılır.”
Məscidin axundu onu da vurğulayıb ki, yaranmış problem hazırda aradan qaldırılıb və məscidin işıqları yanır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər