BolgeXeber.Com » Bölgə » Ağcabədidə vəziyyət uruscadan da ötədir - ŞİKAYƏT VAR

Ağcabədidə vəziyyət uruscadan da ötədir - ŞİKAYƏT VAR

17-12-2015, 10:25
Oxunub: 4 443 Ağcabədidə vəziyyət uruscadan da ötədir - ŞİKAYƏT VARHüquqi Dövlətdə Qanun Şah olmalıdır

Ağcəbədi Rayon İcra Başçısı Şahin Məmmədovun çox ciddi Qanunsuzluqların və rayonda yaratdıqı ən qəddar diktatura resimi onun qanunsuzluqlarından ölkə rəhbərliyinə Şikayət yazanları demokratik adlanan bir dövlətdə ifadə azadlığından məhrum edərək vətəndaşların haoo səsini boğmaq üçün Ağcəbədi rayon Hüquq Mühafizə orqanlarının vasitəsi ilə vətəndaşlara cərimə kəsdirmək və onları şantaj etdirərək həbs etdirməsi barədə Azərbaycan rəsmilərinə şikayət etmişik. Hər dəfədə hüquqlarımızın təminatcısı olan ölkə prezidentinə etdiyimiz şikayətlər Prezident Admistrasiyasında vəzifəli şəxslərin rəhbərlik etdiyi ərazi idarə etmə orqanları şöbəsindən İlham Əliyev cənablarının prezidentliyi dövründə onun atası olan Ulu Öndər Heydər Əliyevin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan qanunun 5-6-7-ci maddələrinə zidd olaraq şikayətçi olduğumuz Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun üzərinə göndərilir.Bu bir daha hüquqi və demokratik adlanan bir dövlətdə vətəndaşların haqlı şikayətlərinə baxılmaması deyilmi? Hüquqi Dövlətdə Qanun Şah olmalıdır.
Cənab prezident Siz dəfələrlə istər müsavirələrdə istərsədə televiziya çıxışlarınızda sahibkarları öz məqsədləri naminə təqib edən məmurları cəzalandıracağınızı bildirisiniz.Ancaq sizin dediklərinizin əksinə olaraq sahibkarlar Ağcəbədi rayonunda Şahin Məmmədov Tərəfindən təqib edilir şərlənir və heç bir hüquqi əsası olmayan iddialarla Məhkəmələrdə Şahin Məmmədovun göstərişi əsasında boğulur.Ancaq Şahin Məmmədov Barəsində heç Bir Tədbir Görülmür Bizlər bunu nə cürə başa düşək?
Son vaxtlar Ağcabədidə baş verən məmur özbaşnalığı, insanların addımbaşı bürokratik əngəllərlə üzləşməsi ilə bağlı cumhuriyyət.az olaraq tərəfimizdən dəfələrlə məqalələr dərc olunub. Ancaq bu dəfə konkret imzalarla ünvanlanan müraciət baş verənlərin daha ciddiliyindən xəbər verir. Artıq təsdiqlənmək üzrədir ki, Ağcabədidə bütün qanunsuzluqların, özbaşnalıqların başında icra başçısı Şahin Məmmədov dayanır. Bir qrup Ağcabədi sakini Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, digər yüksək vəzifəli dövlət adamlarına və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə müraciət etmişdir. Bir surəti cumhuriyyet.az-ın elektron poçtuna göndərilən həmin müraciəti olduğu kimi dərc edirik:
“Ölkə mətbuatında və sosial Mediada 10 ildir ki Ağcəbədi rayon icra başçısı işləyən Şahin Məmmədovun Qanunsuzluqların və korrupsiya faktları və xarici dövlətlərdə və ölkə daxilində olan çox saylı əmlakları və villaları nə vaxt Ali hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq?
Cənab Prezident Siz daimi vətəndaşlara müraciət edərək Korrupsiyaya qarşı mübarizədə vətəndaşların Sizə dəstək olmağınızı bildirisiniz .Ancaq çox təssüfedici odu ki,Sizin Çagrışlarınıza qoşulub Sizə müraciət edən vətəndaşlar Ağcəbədi rayon İcra Başçısı Şahin Məmmədov və onun kamandası tərəfindən təqib edilir,şərlənərək həbs edilir və öz qanunsuzluqlarını örtbasdır etmək üçün Ağcəbədi rayon Hüquq-Mühafizə orqanları tərəfindən Haqq səsi boğulur. Bu Demakratik adlanan Bir Dövlətdə Demakratiya prinsipləri ilə ciddi formada ziddiyət təşkil etmirmi?
Bizə Məlum Olan Bütün Bu Faktların Siyahsını Təqdim Edirik:
13 aprel 2015-ci il tarixində Ağcabədi rayon İH Başçısı Şahin Məmmədov 120 sahibkarın qarşısında acıq bəyan etdiki Ağcabədi rayon Haramı adlanan ərazilər satılmışdır və ordakı sahibkarlar oranı 2ay müddətində tərk etməlidir. O bildirdi ki, ona 2008-ci ildə bu torpaqlarla bağlı 5 diplomat pul təklif olunub. O, hal-hazırda həmin torpaqların satılmasını bəyan edir və sahibkarlara ərazini tərk etməyi bildirir. Ağcabədi rayonu Sarıcalı kəndinə məxsus olan 3000 hektar, Kəbirli kəndinə məxsus olan 2800 hektar camaatdan zorla alınaraq başçı tərəfindən başqa şirkətlərə satılmışdır. Abadlıq adı altında sahibkarlardan milyonlarla manat vəsait alınaraq başçı tərəfindən mənimsənilmişdir. Saxta tender adı altında Pərioğullar kəndinə 13200 manat, Salmanbəyli kəndinə 9400 manat, Şahsevən kəndinə 4200 manat, Yeni Qaradolaq kəndinə 13200 manat, Hacibədəli kəndinə 29200 manat, Hüsülü kəndinə 15800 manat, Qaradolaq kəndinə 13200 manat, Hacılar kəndinə 9400 manat, Minəxorlu kəndinə 9400 manat, Ağcabədi şəhər nümayəndəliyinə 85500 manat, Şərəfxanlı kəndinə 6800 manat, Kəbirli kəndinə 8400 manat, Boyad kəndinə 22500 manat, Rayon təhsil şöbəsinə 252990 manat, Mədəniyyət şöbəsinə 102624 manat, Təhsil şöbəsi CAVİD Kİ MMC-yə 113890 manat, Təhsil şöbəsi ƏZİM 3M MMC-yə 112910 manat, Mərkəzi xəstəxana TÜNZALƏ V MMC-yə 86900 manat, Mədəniyyt şöbəsi ÜLKƏR H MMC-ya 47950 manat, RASMİK MMC-ya 24812 manat, Ağcabədi şəhər icra nümayədəliyinə 650462 manat pullar saxta sənədlər əsasında mənimsənilmişdir.
Ağcəbədi şəhər ərazisində yolların əsaslı təmir edilməsi adı altında 650462 min manat pul köçürülmüş “Ağcəbədi fərid”MMC-nin sahibi isə Ağcəbədi rayon 33 saylı yol istismar sahəsinin rəisi Vidadi Cəfərovun oğlu Fuad Cəfərovundur.Ağcəbədi MMC-nin rəsmi sənədində sahibi Fuad Cəferov gösterilsədə bu Şirket Ağcəbədi rayonun 33 saylı yol idaresinin rəisi Vidadi Cəferovun Şirkəti kimi tanınır. Vidadi Cəferovun rehberlik etdiyi Şirkətin Ağcəbədi rayon 33 saylı yol idaresi isə Ağcəbədi rayonun Hüsülü, Kürdlər, Şərəfxanlı, Mirzehaqverdili kəndlərini birləşdirən və ümumi uzunluğu 41 km olan yolun 19.4 km hissəsinin təmir işləri ilə bağlı tenderin qalibidir.5.000000 milyon manatdan artıq büdcəsi olan tenderin V.Cəferov rehberlik etdiyi Ağcəbədi rayon 33 sayli yol idaresinin 650min manatdan artıq büdcəsi olan Ağcəbədi şəhər ərazisində “yolların təmiri”adı altında keçirilən tenderində V.Cəferovun oğlunun adına olan şirkəti qazanmışdır.
Ağcəbədi rayonun icra hakimiyyəti başçısı Ş.Memmedovun Almanyanın Münhen cə Köln şəhərində Türkiyənin ən bahalı ərazisi olan Beşiktac və Başaq şəhərlərində bina evi və villası var,bütün bu faktları bir araya Gətirdikdə məlum olur ki,Ağcəbədi rayon İcra Başçısı Şahin Memmedovun Almanya, Türkiyə,və Gürcüstanda ən azı beş villası məlum olar.Şahin Memmedovun Abşeron yarmadasında,Qaraçuxur və Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villalara Yasamal rayonun Şəfalı yerlərlə sayılan N.Nermanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş üç mənzili Azərbaycanin gözəl təbiətə malik Qax,Qəbələ,Şamaxı,Quba Daçkəsən rayonun Xoşbulaq kəndində villası vardır.
Bizlər Ağcəbədi rayonunda İcra başçısı işləyən Şahin Məmmədovun haqsızlığına ədalətsizliklərinə rayonda yaratdiqi ən qəddar diktatura resiminə vətəndaşları onun göstərici əsasında məhkəmələrdə boğularaq ifadə azadlığından məhrum edilməsini son qoyulmasını İstəyirik.
Bütün bu Göstərilənlər Haqsız və ədalətsiz Cəza alanların və vətandaşların gözləri qarşısında 98 sahibkarın rəsmi müraciətini müstəqil qezet olan PRESS İNFORMU qəzetinin BAŞ REDAKTORU İlqar Zakir Oğlu Şirinovun Həmin qəzetdə Müraciəti İşıqlandırdığına görə bundan qəzəblənən Ağcəbədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun Sifarişi əsasında Həbs olunub.jurnalist Vətəndaşların Haqq səsini Ölkə Prezidentinə Çatdırılmasında fəaliyətinə görə Şərlənərək həbs edilməlidirmi?Həmin jurnalist İlqar Şirinov barədə Ağcəbədi Rayonunda aparılacaq istintaq bəri başdan biz vətəndaşlara nə vədd edir?İşi aparan Ağcəbədi Hüquq-Mühafizə orqanları Ağcəbədi rayon İcra Başçısı Şahin Məmmədovun Sifarişini yerinə yetirəcək, yoxsa Haqq ədalətin tərəfdarı olacaqlar?Bizlər tam əminik ki,Şahin Məmmədovun sifarişi yerinə yetiriləcək. Ona görə ki,Ağcəbədi rayon Hüquq-Mühafizə orqanları Haqq ədalət tərafdarı olsaydılar jurnalisti Şər Böhtanla həbs etməzdilər.Bizlər bu Dövlətin vətəndaşları olan sahibkarların haqq səsini mətbuat vasitəsi ilə Ölkə prezidentinə çatdıran İlqar Şirinovun istintaqının Ağcəbədi rayon ərazisindən uzaq olan bir rayonda aparılmasını istəyirik.
Müraciət etdiyimiz Azərbaycan Rəsmiləri əgər sizlər 10 ildir ki Ağcəbədi icra başçısı işləyən Şahin Məmmədovun rayonda yaratdığı bu qəddar rejimə son qoya bilməyəcəksizsə onda bizləri Ağcəbədi Rayonundan Azərbaycan Respublikasının başqa bir Rayonuna köçürülməsini təmin edəsiniz. Müraciət etdiyimiz xarici nümayindəliklər sizlərdən xahiş edirik ki,hüquqi və demokratik adlanan Azərbaycan dövlətinin Ağcəbədi rayonunda 10-ildən artıq icra başçısı işləyən Şahin Məmmədovun yaratdıqı ən qəddar diktatura rəsiminə ucadan öz etirazınızı bildirməklə bütün bunları hüquqlarımızın təminatçısı olmağa öhdəlik cötürmüş ölkə prezidenti İlham Əliyev Cənablarına çatdırasınız.
Qeyd Ulu Öndər Heyder Əliyevin 25 iyul 1997-ci il tarixli fermanı ilə qüvvəyə minmişvətəndaşların şikayetlərinə baxılması qaydası haqqındakı Azərbaycan qanunun 7-ci maddəsinə əsasən vətəndaşın şikayeti şikayətçi olduğu ünvana gönderilmesi qadağandır.
Ağcəbədi rayon sakinləri İmzalar: Əliyev Zakir Şirin oğlu, Nərimanov Nizami İnqilab oğlu, Alıyev Akif Yaqub oğlu, Hacıyev Şükür Mərkəz oğlu, Paşayev Rasim Əhmədalı oğlu
Bolgexeber.com