Füzulidə yeni xəstəxana istifadəyə verildi-FOTO
17-12-2015, 10:53
Oxunub: 5 779
Alı Alıyev xəstəxanadan səmərəli istifadə olunacağına, əhaliyə nümunəvi tibbi xidmət göstəriləcəyinə əminliyini bildirib, bir daha sakinləri təbrik edib, rəmzi açılışı bildirən lenti kəsib
“Füzuli rayonunda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, aparılan quruculuq işləri zamanı yeni səhiyyə, sağlamlıq ocaqları tikilir. Son illər rayonda səhiyyə müəssisələri əsaslı təmir edilir, tibb avadanlıqları və ləvazimatlarla təchiz olunur”. Bu sözlər Füzuli rayonunun Əhmədbəyli kənd xəstəxanasının açılış mərasimində bildirilib.
Açılış mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Füzuli rayonunda da əhalinin sosial problemləri uğurla həll edilir. Dövlət başçısının səhiyyə sistemində apardığı uğurlu islahatlar, regionlarda tibb ocaqlarının bərpa etdirilməsinə, sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı tibb xidməti göstərilməsinə şərait yaradıb: “Hər bir yaşayış məntəqəsində insanlara göstərilən qayğı onların rahatlığının təmin olunmasından başlayır. Əhmədbəyli kəndində istifadəyə verilən xəstəxana dörd kəndin - Əhmədbəyli, Mahmudlu-2, Murtuzalılar və Qarabağ kəndinin sakinlərinə müasir tələblərə uyğun tibb xidmətinin göstərilməsinə imkan verəcək”.
Alı Alıyev xəstəxanadan səmərəli istifadə olunacağına, əhaliyə nümunəvi tibbi xidmət göstəriləcəyinə əminliyini bildirib, bir daha sakinləri təbrik edib, rəmzi açılışı bildirən lenti kəsib.
Açılış mərasimində qeyd olunub ki, 1956-cı ildə tikilmiş Əhmədbəyli kənd xəstəxanası Rayon Mərkəzi Xəstəxanasının vəsaiti hesabına müasir standartlara uyğun yenidən inşa edilmiş, zəruri tibbi avadanlıqla təchiz olunmuşdur. Xəstəxana rayonun dörd böyük yaşayış məntəqəsinin sakinlərinə terapevik, pediatrik, ginekologiya, stamatologiya və digər tibb xidməti göstərəcək. Xəstəxanada 6 palata və 30 çarpayı mövcuddur. Xəstəxanada kənd sakinlərinə 7 həkim, 15 tibb isçisi xidmət göstərəcəkdir.
Mərasim iştirakçıları ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olublar.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər