BolgeXeber.Com » Bölgə » Ağsunun 68 yaşlı “mer”i

Ağsunun 68 yaşlı “mer”i

25-04-2012, 10:35
Oxunub: 5 680 “Ənvər Seyidəliyevin Cavan Cavadova olan “sevgisi” onu bu vəzifədə saxlayır.”

Ölkə rəhbərliyinin “65 yaş senzi” ilə bağlı sərəncamına bəzi məmurlar hələdə biganə yanaşırlar. Saytımıza məlumat verən Ağsu rayon sakinləri şəhər “meri” 68 yaşlı Cavan Cavadovdan şikayətçidirlər. Sakinlərin bildirdiyinə görə yaşının keşməsinə baxmayaraq Cavan Cavadov hələ də öz çirkin əməllərini hələ də həyata keçirir. “Yani kreslo o qədər şirin gəlir deyə o ölkə rəhbərinin belə sərəncamlarına məhəl qoymaq istəmir. Görünür Ənvər Seyidəliyevin Cavan Cavadova olan “sevgisi” onu bu vəzifədə saxlayır.”

Daha sonra sakinlər bildirirlər ki, biz bu haqda aidiyyatı orqanlarada məlumat verəcəyik. Cünki bu yaşda Ağsuda nə həkim, nə müəllim nədə ki, digər bir vəzifə sahibi tanıyırıq.