Qobustan Poçt filianın rəhbərliyi həbs olundu
26-04-2012, 11:20
Oxunub: 5 866
Onlar kommunal xidmətlərə görə ödəmələri mənimsəyiblər
Qobustan Poçt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyəti Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. Bu barədə Bolgexeber.com-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda deyilir: “Müəyyən edilmişdir ki, cəmiyyətin Daxili audit şöbəsinin mütəxəssisləri tərəfindən Qobustan Poçt Filialının maliyyə fəaliyyəti yoxlanılarkən filialın Müştəri xidmətləri şöbəsinin vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci il tarixdən 1 avqust 2011-ci il tarixədək olan dövr ərzində vətəndaşlardan kommunal xidmətlər üçün (telefon, elektrik enerjisi, su, qaz və s.) qəbul edilmiş 13 min 480 manat məbləğində vəsait filialın xəzinəsinə mədaxil edilməyərək mənimsənilmişdir”.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda cinayət üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər