Biləsuvarın icra başçısının başı əkinçiliyə qarışıb
26-04-2012, 12:00
Oxunub: 5 406
Səlahiyyətlərini birinci müavininə həvalə edən Mahir Quliyevi ancaq əkin sahələrində tapmaq mümkündür
Biləsuvarda əhalinin sosial problemləri ciddi sıxıntılar yaradacaq səviyyədə artıb. Rayon sakinləri problemlərini həll etmək üçün dəfələrlə yerli İcra Hakimiyyətinə getsələr də, icra başçısı Mahir Quliyevlə görüşə bilmirlər. Bu barədə məlumat verən sakinlərin dediyinə görə, artıq bir neçə gündür icra başçısını yerində tapa bilmirlər. Ona görə də, çıxılmaz vəziyyətdə qalıblar.
Məlumatı verən şəxslər qeyd edirlər ki, dünən icra başçısını axtararkən, maraqlı bir hadisə ilə üzləşiblər. Məlum olub ki, Mahir Quliyevin işə çıxmamasının əsas səbəbi onun başının əkinçilik işlərinə qarışmasıdır. Mənbə bildirir ki, rayona rəhbər təyin olunandan sonra məhsuldar torpaqların bir qismini özünküləşdirən Quliyev onların əkilib-becərilməsi ilə məşğul olur. Hal hazırda İranla sərhədə yaxın ərazilərdə ciddi əkinçilik və becərilmə işlərinə nəzarət edən icra başçısının yayda böyük məhsul əldə etmək üçün «ədakarlıq» etdiyi bildirilir.
Məlumatda deyilir ki, Biləsuvarın icra başçısının torpaq işləri ilə məşğul olması barədə əvvəlcədən də məlumat olub. Lakin rayon sakinləri buna bir o qədər ciddi yanaşmayıblar. Hətta inanmayıblar ki, icra başçısı bu cür işlərə baş qoşa bilər. Amma sonradan şahidi olduqları mənzərələrdən sonra etiraf etməli olublar ki, deyilənlər həqiqətdir.
Mahir Quliyev isə təkcə Biləsuvarda deyil, həmçinin Astarada icra başçısı işlədiyi müddətdə də əkinçiliklə bağlı olub. Belə ki, o, Astarada limon və narıngi bağlarına sahib olub. Bu gün də həmin bağlar ona məxsusdur və payızda yığılan məhsulların hamısı Rusiyaya satılması üçün göndərilir.
Mənbələr bildirirlər ki, kənd təsərrüfatı məhsullarının biznesiylə xeyli müddətdir məşğul olan icra başçısının bu sahədə təcrübəsi böyükdür.
Hətta o da deyilir ki, Quliyev bu işlərini genişləndirmək məqsədi ilə Biləsuvarda daha böyük sahələri ələ keçirməyi planlaşdırır. Bu məqsədlə onun Əsgərabad və Muğanlı kəndlərinə üz tutduğu deyilir. Həmin kəndlərin sakinlərinin özlərinin torpağa ehtiyacı olduğu halda icra başçısı ilə üz-üzə gəlmək istəməmələri isə Mahir Quliyevin planlarının həyata keçməsinə səbəb olub.
Başı əkinçiliyə qarışmış icra başçısı bununla rayonu başsız buraxıb. Bütün səlahiyyətlərini isə 80 yaşlı müavini Akif Kazımova tapşırıb. Yaşlı Kazımov isə davamlı olaraq işə gedib-gələ bilmir. Hətta o da deyilir ki, birinci müavini bəzən qucaqda aparıb-gətirirlər. Sakinlər isə onun qəbuluna düşmək üçün bəzən həftələrlə gözləmək məcburiyyətində qalırlar.
Sakinlər bildirirlər ki, İcra Hakimiyyətinin binasında Mahir Quliyevi tapa bilmədiklərindən məcburdurlar ki, kəndbəkənd düşərək, onu əkin sahələrində axtarsınlar. Harda tapdılarsa, orada da şikayətlərini bildirib, problemlərinin həllini tələb etməlidirlər. Hələlik biləsuvarlılara bu nəsib olmayıb. Yaxın günlərdə nəsib olub olmayacağı isə məlum deyil.
TİA.AZ
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər