Biləsuvarda birinci müavinin marşrut biznesi-Fotolar
27-04-2012, 11:55
Oxunub: 7 185




Akif Kazımov rayondaxili avtobusları öz qohumlarına verib, onlar isə sərnişin uğrunda bir-birlərinə əl qaldırırlar
Biləsuvar rayonunda müxtəlif istiqamətlərdə işləyən və sərnişindaşıma ilə məşğul olan marşrut avtobusların fəaliyyəti ətrafında qalmaqal yaranıb. Bu barədə Bolgexeber.com-a verilən məlumatda deyilir ki, qalmaqala səbəb rayon İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun bu biznesi ələ keçirməsidir.
Məlumatda deyilir ki, «Dana oğrularının dayısı» ləqəbi ilə tanınan Kazımov Biləsuvara verilmiş nömrəli marşrutların himayəsini reallaşdırır. O, əvvəlcə bu avtobusları ayrı-ayrı şəxslərə vermək barədə düşünsə də, sonradan qərarlaşdırıb ki, elə qohumlarını işə cəlb etsin. 50-dən artıq mikroavtobusun sayəsində böyük pullar qazana biləcəyini görən icra başçısının müavini artıq xeyli müddətdir ki, rayonda nömrəli marşrutların sürücülüyünü elə qohumlarına həvalə edib.
Lakin qohumların vaxtaşırı bir-birləri ilə yol getməməsi, hətta dava-dalaşa gətirib çıxaran hərəkətləri əhalinin narazılığına səbəb olub. Bolgexeber.com-a verilən məlumata görə, Bilsəuvar rayon Nizami küçəsində hər gün əlbəyaxa davalar baş verir. Marşrut sürücüləri sərnişin uğrunda bir birlərinə əl belə qaldırırlar. Onların nalayiq söyüşləri, etikadan kənar hərəkətlərindən bezən rayon sakinləri isə şikayət etməkdən yorulublar. İcra Hakimiyyətinin binasına yaxın yerləşən ərazidə bu cür hərəkətlərə göz yumulursa, demək ki, işin içində iş var.
Məlumata görə, həmin avtobusların sürücülərinin böyük əksəriyyətinin sürücülük vəsiqəsi belə yoxdur. Sakinlərnin dediyinə görə, bu marşrut avtobuslarının himayəsinin Akif Kazımov tərəfindən həyata keçirilməsi isə onları vergidən də azad edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər