BolgeXeber.Com » Bölgə » İcra başçısının müavini rayonu nəzarətə götürüb

İcra başçısının müavini rayonu nəzarətə götürüb

27-04-2012, 00:05
Oxunub: 5 624 Heydər Yaqubovun Sabirabad sərgüzəştləri vətəndaşların başından çatlayır

Sabirabad Rayon İcra hakimiyyətinin aqrar məsələlər üzrə müavini Heydər Yaqubovla bağlı rayonda söz –söhbətlər səngimir. Saytımıza məlumat verən mənbə bildir ki, Heydər müəllim vəzifəsindən ancaq öz maraqlırı naminə istifadə edir. Ancaq nə yazıq ki, onun bu özbaşına əməllərinə heç bir reaksiya yoxdur. Görünür, Heydər Yaqubovu himayə edən “gizli və qüvvətli əllər” var

Əslində Heydər Yaqubov kimdir?

Rayondakı mənbələrimizin bildirdiyinə görə, Heydər Yaqubov uzun illərdir ki, Sabirabad rayon icra başçısının mavini postunda çalışır. Rayonda cüyüd ləqəbi ilə tanınan Heydər Yaqubov rayonda əsl oliqarxa çevrilmiş şəxslərdən sayılır. Cünki torpaq satşından tutmuş dükan yerlərinə qədər hamısı Heydər müəllimin nəzarəti altında olan məsələdir. Buna missal olaraq bildirək ki, 2007 ci ilin 19 martında 150 kv metrlik ağaclıq sahəsinin məhz öz üsulları ilə satışa cıxaran Heydrə Yaqubovun belə əməlləri hədsiz saydadır.

Heydər müəllim daha bir qanunsuz əməli rayon sakinlərinə verilən torpaq pulları ilə bağlıdır. Buna torpaq ücün nəzərdə tutulan gübrə, mazut və sairə aididdir ki, bundanda müvin maksimum dərəcə də yararlana bilib. Bir sözlə kəndlilərə verilən son 5 ilin yardımları hamısı Heydər Yaqubovun cibinə axıb. Rayondakı mənbəmizin bildirdiyinə görə Bakı şəhərində Heydər Yaqubova məxsus evlər məhz sözügedən çirkli pullarla alınıb.

Bizi məlumatlandıran şəxs bildirdi ki, Heydrə müəllimin qanunsuz əmməlləri bunla bitmir və o, bizə daha maraqlı və sensasiya dioğuracaq məlumatların verməsinə söz verib.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.