Bir ailənin iki üzvü öldürülüb
28-04-2012, 11:40
Oxunub: 5 369
Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gün saat 17.00 radələrində rayonun Ocaqlı kəndində olub. Lənkəran rayonunun Liman şəhər sakini 1981-ci il təvəllüdlü Əsgərov İsmayıl Eynur oğlu Ocaqlı kənd sakini, 1955-ci il təvəllüdlü Xurşud Yadulla oğlu Həsənovun evinə gələrək bıçaqla ona və 3 oğluna - 1981-ci il təvəllüdlü Azərə, 1983-cü il təvəllüdlü Yafərə, 1989-cu il təvəllüdlü Afətə bıçaqla çoxsaylı xəsarətlər yetirib. X. Həsənov və kiçik oğlu Afət hadisə yerində dünyasını dəyişib. Azər və Yafər isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, onların qonşuluğuna yaşayan polis əməkdaşı qətl törədən şəxsi saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. İlkin məlumatlara görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər