BolgeXeber.Com » Bölgə » 17 yaşlı oğlan Mingəçevir su anbarında batıb

17 yaşlı oğlan Mingəçevir su anbarında batıb

1-05-2012, 13:05
Oxunub: 3 846 Xəbəri FHN- yayıb

Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir su anbarında 1995-ci il təvəllüdlü Şəmsi Əkbər oğlu Həmidovun batması barədə nazirliyə məlumat daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlanıb. Ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 800-900 m aralıda, su anbarının nəzarət olunmayan hissəsində batmış Ş.Həmidovun cəsədi xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.