Zaqatalada evlər çöküb, məktəblərə ziyan dəyib
7-05-2012, 13:15
Oxunub: 11 117
Xəbər verildiyi kimi, mayın 7-də səhər saatlarında Zaqatala rayonunda üç dəfə yeraltı təkan baş verib. 12 ballıq şkala üzrə ilk təkan 7 bal, sonrakı təkanlar 3 bal gücündə olub.
Zaqatala Rayon İcra Hakimiyyətinin müavini Həmzə Suleymanov “Media forum” saytına açıqlamasında deyib ki, hazırda zəlzələnin fəsadları haqqında məlumatlar toplanır: “Fəsadlar istər rayon mərkəzini, istərsə də kəndləri əhatə edir. Bəzi yaşayış evlərinin divarları çöküb. İlkin məlumata görə, orta məktəb binalarında çatlar yaranıb, dağıntılar da olub.
Xəsarət alanlar haqqında hələ ki, heç bir məlumat yoxdur.
Zaqatala Rayon İcra Hakimiyyəti qruplar yaradıb. Həmin qruplar zəlzələdən törənən problemlərlə tanış olur, protokol tətbiq edirlər. Hazırda məlumatlar dəqiqləşdirilir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanovun rəhbərliyi ilə fövqəladə hallar komissiyası zəlzələ ilə bağlı araşdırmaları davam etdirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər