Avtoxuliqan polisə ağır kəllə-beyin travması yetirib
7-05-2012, 23:55
Oxunub: 5 311
Hadisə Şirvan şəhərində baş verib
Şirvan sakini polisə müqavimət göstərərək ona ağır kəllə-beyin travması yetirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər polis şöbəsinin müstəntiqi Elnur Cəfərov məlumat verib. Müstəntiqin bildirdiyinə görə, Şirvan şəhər sakini Etibar Həbibov, dostları Namiq Həziyev və Ramil Hüseynovla birlikdə idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərkən, həmin ərazidə xidmət aparan polis əməkdaşları Teymur Həsənov və Əkbər Cəfərov onlara yaxınlaşaraq hərəkətlərinə son qoymağı tələb edib. Lakin polisin tələblərinə əhəmiyyət verməyən sürücü Etibar Həbibov polis əməkdaşlarına müqavimət göstərərək Teymur Həsənovu vuraraq ona ağır kəllə-beyin travması yetirib.
Teymur Həsənov əvvəlcə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, daha sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərinə gətirilib.
Daha sonra həmin sürücü idarə etdiyi avtomaşını hasara çırparaq hadisə yerindən qaçıb. Hadisə 6 may, axşam saatlarında, Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində baş verib. Hər 3 şəxs saxlanılıb.
Faktla bağlı Şirvan polisində cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər