Masallıda torpaq böhranı dərinləşir
8-05-2012, 12:55
Oxunub: 6 150
Hamil Hadıyev paybəlli torpaqlarını icarəyə vermək istəməyən vətəndaşları həbs etdirməklə hədələyir
Xəbər verdiyimiz kimi, Masallı rayonunda paybəlli torpaqların zorla vətəndaşlardan alınaraq, başqa ölkələrin vətəndaşlarına icarəyə verilir. Bu prosesi rayonun yeni icra başçısı Rafil Hüseynov və torpaq şöbəsinin müdiri Hamil Hadıyev edir.
Daxil olan son məlumatlara görə, Hamil Hadıyev icra başçısından aldığı tapşırığın üzərinə 5-ni də qoyub, bildiyi kimi hərəkət edir. Belə ki, artıq rayonun bir neçə kəndində yerli sakinlərlə torpaq şöbəsinin müdiri arasında narazılıq belə yaranıb. Lakin Hamil Hadıyev bu işdə böyük pulların olduğunu bildiyindən heç nədən çəkinmədən hərəkət edir. Elə bu səbəbdəndir ki, iş daha da pisə doğru getməkdədir.
Bizə çatan məlumatlara görə, vətəndaşlara məxsus paybəlli torpaqlarını zorla başqalarına icarəyə verməyə çalışan şöbə müdiri hətta insanları həbs etdirə biləcəyi ilə də hədələyir. Verilən xəbərlərdə vurğulanır ki, Hamil Hadıyev onun sözünə baxmayan rayon sakinlərinin adlarından ibarət siyahı hazırlayaraq, onu Masallı rayon Polis Şöbəsinə təqdim etməyə hazırlaşır.
Tia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər