Canavarlar qoyun sürüsünə hücum edib 10 qoyunu parçaladı - Göyçayda
13-02-2016, 12:48
Oxunub: 4 457
Göyçay rayonunda qoyun sürüsü canavar hücumuna məruz qalıb
Hadisə bu gün rayonun Yalman kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyunlar otlaq sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb. Dörd canavar kənd sakinləri Nurlan Cəlalov və Elşən Cəlalova məxsus 10 baş qoyunu parçalayaraq öldürüb, 7 qoyuna isə ağır xəsarət yetirib. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlar quduzluğa qarşı müalicə olunur. Kənd sakinləri qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək qoyunlara və ev quşlarına ziyan vurduğunu deyirlər. Heyvandarlıqla məşğul olan şəxslər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər. Qeyd edək ki, ötən ayın 18-də canavarlar Göyçayın Ləkçiplaq kəndində 7 sakinə məxsus 15 baş qoyunu parçalamışdı.(APA)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər