Nişanlısına mesaj yazmış oğlanın qanını tökdü
11-05-2012, 13:45
Oxunub: 5 654
Mayın 9-da Qazax şəhərinin Vidadi küçəsində bıçaqlanma hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, 1992-ci il təvəllüdlü İlqar Sadıqov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Tural Məmmədov tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, T.Məmmədov Qazax şəhərindən olan bir qızla nişanlıdır. Bir neçə gün əvvəl 20 yaşlı İ.Sadıqovdan onun nişanlısının e-mail ünvanına mesajlar gəlib. Bundan xəbər tutan 27 yaşlı Gəncə sakini məsələni aydınlaşdırmaq üçün Qazaxa gedib və e-mail göndərmiş Turalı tapıb. Gənclər arasındakı söhbət isə yekunda bıçaqlanma ilə başa çatıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir. (lent.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər