BolgeXeber.Com » Bölgə » Qusarda 30 yaşlı şəxs özünü yandırıb

Qusarda 30 yaşlı şəxs özünü yandırıb

17-05-2012, 11:10
Oxunub: 4 489 Ötən gün axşam saatlarında Qusar rayonunda intihar cəhd faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu, Urva kənd sakini 1981-ci il təvəllüdlü Volodya Eyvazov yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb. 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılan V. Babayevin bədəninin təxminən 60 faizinin yandığı bildirilir. Vəziyyəti ağır olduğundan xəsarət alan şəxs Bakıda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.