BolgeXeber.Com » Bölgə » Bərdədə “Xəmsə” Milli İntellektual Oyununun rayon çempionatı keçirilmişdir-FOTO
Bərdədə “Xəmsə” Milli İntellektual Oyununun rayon çempionatı keçirilmişdir-FOTO
3-03-2016, 19:59
Oxunub: 2 491
Çempionatda rayonun 16 məktəbinin (10 şəhər,6 kənd) komandaları iştirak etmişdir
02-03 yanvar ,2016-cı il tarixlərdə ak.Z.Əliyeva adına texniki fənlət təmayüllü məktəb-liseydə YAP Bərdə rayon təşkilatının,Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında YAP Bərdə rayon təşkilatının təsis edilməsinin 23-cü ildönümünə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyununun rayon çempionatı keçirilmişdir.
01 yanvar 2016-cı ildə YAP Bərdə rayon təşkilatınında keçirilən püşkatma nəticəsində komandalar hər birində 4 komanda olmaqla 4 yarımqrupda öz güclərini sınamışlar.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tədbir barədə və oyunun keçirilməsi qaydaları haqqında danışdı.
YAP Bərdə rayon təşkilatının baş təlimatçısı Cavid İbişov çıxış edərək Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının təsis edilməsi və fəaliyyəti barədə ətraflı məlumat verdi.
Rayon Təhsil şöbəsinin metodisti Anar Baxşəliyev çıxış edərək komandalara uğurlar arzuladı.
Çempionat əsasnaməyə uyğun olaraq keçirilmişdir.Öz yarımqruplarında daha güclü olan T.Qurbanov adına Xanqaraqoyunlu,F.Sadıqov adına Qaradəmirçi kənd,Kətəparaq kənd və N.Nərimanov adına 3 saylı şəhər tam orta məktəblərin komandaları final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Gərgin mübarizə şəraitində keçən final mərhələsində daha yüksək bilik səviyyəsi nümayiş etdirən Kətəparaq kənd tam orta məktəbin komandası I yeri, N.Nərimanov adına 3 saylı şəhər tam orta məktəbin komandası II yerə,T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər.
Yarışın keçirilməsində Bərdənin “Hərum” komandasının üzvlərinin və könüllülərin hazırladıqları sual paketindən istifadədə edilmişdir.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılmışlar.
Bolgexeber.com




Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər