Zərdabın bir icra başçısı da fotosunun qurbanı olacaq
4-03-2016, 18:31
Oxunub: 1 939
Prezident İlham Əliyev son iki gündə 4 icra başçısı ilə bağlı sərəncam imzalayıb
Dövlət başçısı Mahmud Quliyevi Cəbrayıl, Akif Səlimovu Laçın, Tahir Kərimovu Salyan, Sevindik Hətəmovu Yardımlı rayonun icra başçısı vəzifəsindən azad edib. Sonuncu digər sərəncamla Salyana başçı təyin edilib, digər üçü işsiz qalıb.
İşsiz qalan icra başçıları son dövrlər adları daha çox qalmaqallarla gündəmə gələndərdir. Mahmud Quliyev bu ilin yanvar ayında Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünləri təhqir etməsi ilə gündəmə gəlmişdi. O, toplaşaraq şikayətlərini bildirmək istəyən bir qrup şəxsi aşağılamış və hətta söymüşdü. Sabiq icra başçısı sonradan bu məsələ ilə bağlı verdiyi açıqlamada söyüşləri öz qohumuna qarşı işlətdiyini bildirmişdi: “Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan? Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar”.
Akif Səlimovun da barəsində mətbuatda dəfələrlə şikayətlər dərc olunub. Rayon sakinləri mediaya üz tutaraq onların şikayətlərini araşdırmaq və təbdir görmək əvəzinə sabiq icra başçısının tamam fərqli yol tutduğunu qeyd ediblər. Səlimov sakinlərin problemlərini qabartmağa çalışan mətbuat nümayəndələrinə hətta pul təklif etməkdən də çəkinməyib.
Tahir Kərimov isə gül bayramında çəkdirdiyi güllü-çiçəkli fotosuna qurban getdi. Belə ki, onun başının üstündə tutulan gül çələnglərinin altından keçidi sırasında çəkilmiş şəkili günlərlə müzakirə mövzusu olsuş, icra başçısının özünü xan kimi hiss etdiyi deyilmişdi.
Qaynar.info xəbər verir ki, daha bir icra başçısı şəkilinin qurbanı olacaq. Belə ki, bu günlərdə Zərdabın icra başçısı Lütfəli Babayevin bir toyda çəkilmiş fotosu yayımlanıb. Bu şəkil ölkə mediasında dərc olunub. Etik normalara uyğun görmədiyimiz üçün həmin fotonu yayımlamırıq. Amma Lütfəli Babayevin bu şəkilə görə yaxın günlərdə işsiz qalacağı dəqiqdir.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər