Hamil Hadıyevi yeznəsi himayə edir
18-05-2012, 14:25
Oxunub: 5 456
Masallı torpaq şöbəsinin müdirinin qohumu ona özbaşınalıq etmək üçün bütün imkanları yaradıb
Xəbər verdiyimiz kimi, Masallı rayonunda torpaqla bağlı yaranmış problem pik həddinə çatıb. Artıq bununla bağlı «Kanal Avropa»da yayımlanan «Azərbaycan Saatı» verilişində də geniş reportaj hazırlanaraq, yayımlanıb.
Bundan bərk narahat olan rayon rəhbərliyi isə təcili tədbirlərə əl atsalar da, nəticə əldə edə bilməyiblər. Belə ki, Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyevdən torpaqları zəbt etmək əməllərindən əl çəkməsini tələb etsələr də, qarşı tərəf buna əks reaksiya verib. Onun bu hərəkətlərinə qarşılıq olaraq işdən çıxarılması məsələsini gündəmə gətirən yerli İcra Hakimiyyəti bu istəyinə də nail ola bilməyib. Səbəb kimi isə Hamil Hadıyevin arxasında güclü adamların dayanması göstərilir.
Bu barədə Bolgexeber.com-a məlumat verən mənbə bildirib ki, Hamil Hadıyevin bu qədər sərbəst və qorxusuz hərəkət etməsinin əsas səbəbi yeznəsinin Torpaq və Xəritəçəkmə Komitəsinin kadrlar şöbəsində mühüm vəzifə tutmasıdır. Təkcə indiki torpaq qalmaqalı ilə deyil, həmçinin bundan əvvəl də yeznəsi Hadıyevə sərbəst hərəkət etmək təminatı verib. Ona görə də, ondan edilən bütün şikayətlər yekunda qohumunun əlinə keçir və orada da ört-basdır olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər