BolgeXeber.Com » Bölgə » Bərdədə “Yurdumuza yaz gəlir”adlı Novruz bayramı şənliyi keçirildi-FOTO
Bərdədə “Yurdumuza yaz gəlir”adlı Novruz bayramı şənliyi keçirildi-FOTO
19-03-2016, 17:07
Oxunub: 9 188
Xalqımızın həyatında, məişətində dərin kök salan çoxlu bayramlar içərisində ən sevimlisi, ən əzizi, elliklə keçirdiyimiz müqəddəs bir bayramdır Novruz bayramı!
Novruz insanları sülhə, əmin-amanlığa, birliyə çağıran bayramdır. Novruz torpağa, insana məhəbbət bayramıdır.
Təbiətin gözəl qızı, nazlı pərisi Bahar yurdumuza qədəm qoyur. Bu gəliş hər kəsin qəlbində təmiz hisslər, nikbin duyğular oyadır. El-obanın sevinci bir-birinə qarışıb. Hamı onun pişvazına çıxmağa hazırlaşır. Hər şey yeniləşir, gözəlləşir. İnsan yalnız qurub-yaratmaq istəyir.
Bu gün bütün kəndlərdə, şəhərimizdə bir ruh yüksəkliyi var. Adamlar hər yerdə təmizlik aparır, səməni qoyur, şəkərbura, paxlava, hər cür şirniyyatlar bişirir, xonçalar və boyanmış yumurtalar hazırlayırlar.
Ümummilli liderimiz Heydər Əliyev milli bayramlarımızın dövlət səviyyəsində qeyd olunmasına daim diqqət yetirirdi. Ümummulli liderin layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər il Bakı şəhərində keçirilən Novruz şənliklərində iştirak edərək bu bayrama olan münasibətini ən gözəl şəkildə ifadə edir.
Müstəqil Azərbaycanımızın bu günü və xoşbəxt gələcəyi uğrunda yorulmadan çalışan cənab Prezidentimizi, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı və onun ailəsini Novruz-Bahar bayramı münasibətilə təbrik edir və bütün Bərdəlilər adından deyirik:
Bayramınız mübarək!
Bolgexeber.com xəbər verir ki,bu gün min illərlə tarixə yoldaşlıq etmiş Bərdə bütövlükdə Novruz xonçasına bənzəyir. Küçələr, meydançalar səməni-səməni qalxıb. Giriş qapıları qonaqlara yaşıl əllərini uzadıb. Şüarlar, plakatlar hər kəsi çal-çağıra, xoş ovqata, xoş arzulara səsləyir. Bir sözlə Bərdə möhtəşəm Novruz bayramı təntənəsini başlamağa hazırdı:
Qonaqları ilk olaraq Aşıqlar və Zurnaçılar ansamblı qarşıladı. Sonra onları “Dədə-Qorqud” salamlayıb, ”Kosa-kosa”nın iştirakçıları yumurta döyüşə-döyüşə öz çıxışlarını etdilər. Qonaqların gəzintisi Tarix-diyarşünaslıq muzeyi, Turizm İnformasiya Mərkəzi, Mədəniyyət Sarayı, 1 saylı İncəsənət məktəbi, 2, 3, 4 saylı uşaq musiqi məktəbləri kollektivlərinin bəzədikləri, üstü xonçalarla, səmənilərlə dolu olan stollarının qarşısından keçməklə davam etdirildi. Kəndirbazlara, Pəhləvanlara, İdmançıların çıxışlarına, Xoruz döyüşlərinə, Dəvələrə, və.s baxıldı. Kəndirbazlar və Pəhləvanlar çıxış edərkən zurnaçılar dəstəsi onları müşayət etdilər.
Sonra aparıcılar səhnəyə çıxdılar:
Çıxış edir Bərdə rayon Mədəniyyət Mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblı. Ansamblın bədii rəhbəri Ədalət Şərifov. İlk musiqi çələngini ansamblın solisti Anar Rasimoğlu təqdim etdi.
Sonra aparıcı: Əziz dostlar! Təbiətin gözəl qızı, nazlı pərisi Bahar
yurdumuza qədəm qoyur. Xoş gəlmisən, Bahar! Qədəmlərin uğurlu olsun! deyir. “Yaz gəldi” mahnısının sədaları altında “Bahar qız” faytonla meydana daxil olur. Onu əlində məşəl tutan bir oğlan və əlində xonça tutan bir qız qarşılayıb, səhnəyə qədər müşayət edirlər. Bahar qız hamını salamlayır və təbriklərini söyləyir.
Sonra musiqi nömrələri bir-birini əvəz edir:
“Bərdəm” oxuyur “Qarabağ” ansamblının solisti Arzu Bərdəli. “Şahsevəni“ aşıq havası. çıxış edir şəhər 2 saylı uşaq musiqi məktəbinin müəllimi Müzəffər Şükürov.
“Şur təsnifi” oxuyur V Muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva
“Azərbaycan” oxuyur Prezident təqaüdçüsü Pərvaz İbrahimli
“Segah təsnifi” oxuyur “Qarabağ” ansamblının solisti Rahidə Əliyeva
“Yadıma düşdü“ oxuyur “Qarabağ” ansamblının solisti Reyhan Rəcəbova
“Durnalar gölə gələr” oxuyur Nurlana Nəbiyeva
“Azərbaycan oğluyam” oxuyur V Muğam müsabiqəsinin qalibi Məhəbbət Səfərov
Sonra tonqal yandırıldı
Aparıcılar -Əziz Bərdəlilər, tonqaımız həmişə belə gur yansın! Ocaqlarımız həmişə gur alovlansın! dedi və “Azərbaycan bayrağı” mahnısını V Muğam müsabiqəsinin qalibləri Misir Məmmədov, Məhəbbət Səfərov, Nisbət Sədrayeva oxudular. Əsgər forması geyinmiş iki oğlan uşağı əllərində Azərbaycanın üçrəngli bayrağı gələndə bütün tamaşaçılar ayaqüstə alqışladılar.







Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər