BolgeXeber.Com » Bölgə » Laçın rayon icra başçısı işdən çıxarılır

Laçın rayon icra başçısı işdən çıxarılır

4-06-2012, 00:25
Oxunub: 4 677 Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov yaxın günlərdə vəzifəsindən azad ediləcək.

Bu barədə Bolgexeber.com-a etibarlı mənbədən məlumat verilib. Qeyd olunur ki, rayon sakinlərinin icra başçısının əməlləri ilə bağlı ölkə prezidenti İlham Əliyevə göndərdiyi çoxsaylı şikayət məktublarından sonra Ramiz Cəbrayılovun fəaliyyəti ciddi şəkildə yoxlanılıb.

Ramiz Cəbrayılov artan sosial gərginliyin qarşısını almaq üçün hər vasitəyə əl atır. Hətta rayonun ziyalılarını da belə şantaj xarakterli təhdidlərlə qorxudur.

Vəziyyət o həddə çatıb ki, sabah Beynəlxalq Mətbuat Mərkəzində Laçın sakini Baxışov Müqavil Baxış oğlu Laçın rayon icra başçısı Ramil Cəbrayılovun qanunsuz əməlləri ilə bağlı mətbuat konfransı keçirəcək və icra başçısının bütün qanunsuz hərəkətləri haqda ictimaiyyətə məlumat verəcək.

Mənbə bildirir ki, yoxlama zamanı sakinlərin ortaya qoyduğu faktlar öz təsdiqini tapıb. Bu səbəbdən də onun yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılması istisna deyil. Məlumat üçün bildirək ki, Ramiz Cəbrayılov Laçın rayon Məşğulluq İdarəsinin rəisi və DSK-nın sədri fəzifələrində çılışıb.