Şabranda dəvə “əməliyyatı”
7-06-2012, 14:45
Oxunub: 5 530
İcra başçısı yerli məmurların boynuna dəvə öhdəliyi qoyub
Azərbaycanda icra başçılarından formalaşan “əyalət padşahları” rayonlarda vətəndaşlara divan tutması hər kəsə məlumdur. Bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla və sadə vətəndaşları incitməklə məşğuldurlar.
Elə bir müddət əvvəl Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığının bariz nümunəsi idi.
Şabranın icra başçısı Novruz Novruzovun barədə ilginc məlumatlar daxil olub. Məlumatlarada bildirilir ki, Novruz Novruzov rayonda dəvə yığmına start verib. Bir müddət əvvəl rayonun Dəvəçi adının dəyişdirilib Şabran adı ilə əvəzlənməsi icra başçısına düşərli olub. Kitabxanaçılıqdan icra başçılığına yüksələn Novruz Novruzov bu səfər dəvə biznesinə girişib.
Daxil olan məlumatlarda qeyd edilir ki, icra başçısı rayonda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının rəhbərlərinə dəvə öhdəliyi qoyub. Əks halda isə həmin şəxslər işdən qovulacaqları ilə hədələnir. Bildirilir ki, rayonda icra başçısına məxsus dəvə ferması fəaliyyət göstərir. Bu baxımdan da N.Novruzov fermasında dəvə artımını idarə və müəsissə rəhbərlərinin boynuna qoyub.
Bundan əlavə, daxil olan məlumatlarda bildirilir ki, icra başçısının özbaşınalıqları bununla tükənmir. N.Novruzov rayonun bir neçə istirahət zonasında fəaliyyət göstərən obyektlərə də göz qoyub. Bunlardan biri isə “Çanaq Qala” istirahət mərkəzi göstərilir. İcra başçısı sözü gedən istirahət zonasında iki kottec tikili evin ona bağışlanması üçün obyekt sahibinə ismarıc göndərib. Lakin obyektin sahibi icra başçının təklifini rədd edib. Elə o gündən Novruz Novruzovun tapşırığı ilə “Çanaq Qala” istirahət mərkəzi qapadılıb.
Araşdırmamız davam edir bizi izləyin...
/ “AzeriNews” /
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər