Goygöldə mikroavtobus "Kamaz"la toqquşdu: 5 ölü, 5 yaralı
13-06-2012, 22:40
Oxunub: 5 582
Göygöl rayonunda ağır yol qəza hadisəsi baş verib.
Bolgexeber.com Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Hələlik ölənlərin və yaralıların kimliyi məlum deyil.
Hadisə saat 16:30-da qeydə alınıb. 20 DB 618 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı kiçiktutumlu avtomobil Şəmkir istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn 10 RA 398 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Göygöl Rayon DYP bölməsinin rəisi Vüqar Hüseynov: ““Vito” markalı avtomobil Şəmkir istiqamətindən hərəkətdə olarkən qarşıdan gələn “Mercedes” “Hyundai” yük maşınının yoluna çıxaraq toqquşmuşdular. Hadisədən sonra “Vito”da olan 5 nəfər sərnişin həlak olmuşdur”.
“Vito”da olan daha 2 sərnişin, eləcə də yük avtomobilinin sürücüsü və 2 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralılardan birinin vəziyyətinin ağır, digər 4-nün isə orta ağır kimi qiymətləndirib.
Həkim Telman Feyzullayev: “Reanimasiyada olan xəstədə həyati təhlükə var. Çünki onda açıq kəllə - beyin travmasıdır. Palataya yerləşdirilən xəstələrin vəziyyəti isə orta ağırdır, həyatı təhlükə yoxdur”.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar xüsusi texnikalardan istifadə edərək meyidləri avtomobildən çıxarıblar.
Qəzada ölən və yaralıların kimliyi, eləcə də toqquşmanın baş vermə səbəbləri haqqında hələlik məlumat verilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər