BolgeXeber.Com » Bölgə » BŞTİ-nin kölgədə qalan kadrı – Sevinc Rəsulova

BŞTİ-nin kölgədə qalan kadrı – Sevinc Rəsulova

17-05-2016, 13:45
Oxunub: 3 581 BŞTİ-nin kölgədə qalan kadrı – Sevinc Rəsulova  Ümumi sektorun müdiri vəzifəsini qorumağı necə bacardı?

Nailə Rzaquliyevanın sağ əli kimi tanınan bu xanım qudasının direktoru olduğu məktəbə xüsusi qayğı ilə yanaşır Azərbaycanın təhsil sistemində islahatlar davam edir. Bildiyiniz kimi, sabiq nazir Misir Mərdanov tutduğu vəzifədən xaric ediləndən sonra onun komandasında təmsil olunan şəxslərin əksəriyyəti bu sistemdən kənarlaşdırıldılar. Başqa sözlə desək, Mikayıl Cabbarov öz komandasını formalaşdırmağa başladı. Gundelik-baku.com bildirir ki, islahat dalğası Bakı Şəhəri üzrə Təhsil İdarəsində də (BŞTİ) davam etdirilib. Belə ki, idarənin müdiri Nailə Rzaquliyeva və bir neçə şöbə müdiri vəzifələrindən xaric edildilər. Maraqlıdır ki, Misir Mərdanovun, eləcə də Nailə Rzaquliyevanın ən yaxın adamlarından biri kimi tanınan ümumi sektorun müdiri Sevinc Rəsulova vəzifəsini qoruyub saxlamağı bacardı. Əldə etdiyimiz məlumatlara görə, Sevinc xanım postunu qorumaqdan ötrü bəzi taktikalara əl atıb: «O nazir dəyişəndən sonra bülleten götürdü. Beləcə kölgədə qalmağı bacardı.
Mikayıl Cabbarov Bakı Şəhəri üzrə Təhsil İdarəsində islahatları yekunlaşdırandan sonra Sevinc Rəsulova işə çıxdı. Bununla da ümumi sektorun müdiri gözlənilən təhlükəli vəziyyətdən özünü sığortalaya bildi. Sektor müdirinin fəaliyyətində qanun pozuntuları kifayət qədərdir. Məsələn, Bakı məktəblərinin direktorlarının bir çoxu məhz onun vasitəsilə müxtəlif mükafatlar alırlar. Xanım müdir qudasının rəhbərlik etdiyi orta məktəbin adını tez-tez mükafatçılar sırasına salır. Bundan başqa, Sevinc Rəsulova əlindəki səlahiyyətlərdən istifadə etməklə Bakıda yerləşən bütün ümumtəhsil məktəblərinə işçi qəbulu ilə bağlı bəzi məsələlərdə yaxından iştirak edir.
Deyilənə görə, onun köməkliyi ilə bu vaxta kimi onlarla şəxs orta məktəblərdə işlə təmin olunub. Əlbəttə ki, bunun qarşılığında həmin şəxslər sektor müdirinə çox sağ ol deməyi unutmayıblar». Bizə çatan məlumatlarda o da deyilir ki, Sevinc Rəsulova Nailə Rzaquliyevanın sağ əli olduğu üçün idarənin yeni müdiri Məhəbbət xanıma simpatiya bəsləmir, üstəlik fürsət düşəndə onun əleyhinə işlər çevirir. Bu barədə növbəti yazımızda daha geniş məlumat verməyə çalışacağıq.
Həmçinin Sevinc Rəsulovanın qudasının hansı məktəbdə çalışması, 16 ildir direktor vəzifəsindən nəyə görə əl çəkməməsi və iş otağını gözəllik salonuna çevirməsi barədə şok faktları açıqlayacağıq. Qeyd edək ki, Sevinc Rəsulova 2006-cı ildən BŞTİ-nin ümumi sektor müdiri vəzifəsində çalışır. Qarşı tərəfi də dinləməyə hazırıq.
BŞTİ-nin kölgədə qalan kadrı – Sevinc Rəsulova