Zaqatala icra başçısından açıqlama
4-07-2012, 14:45
Oxunub: 5 951
Mübariz Əhmədzadə: «Haqqımda deyilənlərin hamısı böhtandır»
Zaqatala rayonunda baş verən zəlzələdən sonra bəzi mətbuat orqanları bu rayonun icra başçısı Mübariz Əhmədzadə haqqında həqiqətəuyğun olmayan məlumatlar yaymağa başlayıblar. Həmin məlumatlarda iddia olunur ki, guya, icra başçısı zəlzələdən zərər çəkənlərə verilən evləri pulla satır və sairə.
Bununla bağlı Bolgexeber.com saytına açıqlama verən Mübariz Əhmədzadə bildirib ki, haqqında mətbuatda yayılmış məlumatlar yalan və böhtandır. Onun sözlərinə görə, Zaqatala rayonunda zəlzələdən sonra zərər çəkmiş bütün insanlara təmənnasız yardımlar göstərilir və vəziyyətin normal məcraya salınması üçün bütün addımlar atılır. «Yazırlar ki, guya, mən zəlzələdən evləri zərər görmüş insanlardan pul alıb, onlara ev verirəm. Bu tamamilə yalandır. Əvvəla, mənzillərin tikilməsi və paylanılması məsələsi bizim səlahiyyətimizə daxil deyil. Biz sadəcə, yerli dövlət qurumu olaraq tikinti işləri aparanlara yardımçı oluru. Bu məlumatları yayanlara onu demək istəyirəm ki, bircə dəfə gəlib Zaqatalanı görsünlər, insanlar arasına çıxsınlar, vəziyyətlə tanış olsunlar, sonra yazsınlar. Daha bu cür böhtan dolu məlumatları yaymaqla ictimaiyyəti aldatmasınlar».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər