BolgeXeber.Com » Bölgə » İcra başçısı Qarabağ əlillərini incidir

İcra başçısı Qarabağ əlillərini incidir

6-07-2012, 14:45
Oxunub: 4 156 Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Qarabağ müharibəsi veteranları və əlillərini incidir.

Qarabağ müharibəsi əlillərindən birinin Azpolitika.com-a verdiyi məlumata görə, rayonun III Zabrat qəsəbəsi deyilən ərazidə, qəbristanlığın yaxınlığında müharibə veteranları üçün iki 9 mərtəbəli binanın birincisi hazır edilib veteranların ixtiyarına verilsə də ikinci bina hələ də onlara verilməyib. Mənbə bildirib ki, onların sənədləri yığılıb icra hakimiyyətinə göndərilsə də bir cavab yoxdur.

Veteranın dediyinə görə, ikinci bina tam hazırdır: “Ümumiyyətlə bizə münasibət çox pisdir. Bütün imtiyazlarımız əlimizdən alınıb. Torpaq yeri verdilər, sonra da əlimizdən aldılar. Şikayət etməyə gedirik deyirlər ki, hara gedirsizsə gedin deyin. Bizi elə günə salıblar ki, elə bilin canımızı bu vətənin yolunda qoymamışıq. İndi də bizim üçün tikilən binanı vermirlər. Kim imkanlıdır ona mənzil verirlər, mənim kimi o qədər kasıb var ki, hələ də gözümüz yoldadır”.