Ağsuda 1 nəfəri sel apardı
9-07-2012, 11:25
Oxunub: 6 346
Ağsu rayonunda güclü küləklə müşayiət olunan dolu və leysan yağışları təsərrüfatlara ciddi ziyan vurub, insan itkisinə səbəb olub.
Kalva kənd bələdiyyəsinin sədri Kazım İmaməliyev APA-nın yerli bürosuna bildirib ki, iyulun 8-də saat 21:00 radələrindən başlayaraq 30 dəqiqə ərzində Ağsu rayonunun ucqar dağ kəndləri olan Kalva, Suraxanı, Dilman, Xatman və Hacıman kəndlərinə güclü dolu düşüb.
Bu gün səhərədək güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində yaranan sel suları beş kəndi Muğanlı-İsmayıllı avtomobil yolu və rayon mərkəzi ilə birləşdirən 7 kilometrlik kəndarası yolu dağıdaraq yararsız hala salıb. Suraxanı kəndinin qonşu kəndlərlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Bundan əlavə, elektrik dirəkləri aşıb, naqillər qırılıb və beş kənd işıqsız qalıb. Dolu və leysan kəndlərin 130 hektar biçilməmiş taxıl sahəsini məhv edib. Kalva və Suraxanı kəndlərinin sürüşmə zonasında yerləşən və bir müddət öncə sakinlərin köçürülməsi nəzərdə tutulan 60-a yaxın qəzalı ev yağışın təsiri nəticəsində yaşayış üçün daha da təhlükəli vəziyyətə düşüb.
Bələdiyyə sədrinin sözlərinə görə, dağlara yağan güclü yağış səbəbindən Ağsu çayına gələn sel Kalva kənd sakini, 1975-ci il təvəllüdlü Məmmədov Elvin Ağasəlim oğlunu aparıb. İki uşaq atası Elvin Məmmədov atla qonşu kənddən qayıdarkən çayı keçmək istəyib və qəflətən çaya gələn güclü sel onu aparıb.
Hazırda onun cəsədinin axtarışları davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər