BolgeXeber.Com » Bölgə » Masallida dəhşətli qətl

Masallida dəhşətli qətl

17-07-2012, 15:20
Oxunub: 3 603 Rayon sakini azyaşlini boğaraq öldürdü

Masallı rayonunda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 16-da Masallı rayonunun Lürən kənd sakini, azyaşlı Nuray Ağayevanın boğularaq qətlə yetirilmiş meyiti kəndin ərazisindən keçən su kanalında tapılıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən kənd sakini Ramin İsrafilov tutulub.