BolgeXeber.Com » Bölgə » Masallıda iki yaşlı qızın zorlandıqdan sonra öldürülməsiı ilə bağlı məlumat yayıldı
Masallıda iki yaşlı qızın zorlandıqdan sonra öldürülməsiı ilə bağlı məlumat yayıldı
18-07-2012, 23:50
Oxunub: 5 123
Respublika Prokurorluğu Masallı rayonunda azyaşlı uşağı boğularaq öldürülməsi faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, iyulun 16-da "Viləşçay" su kanalının Masallı rayonunun Lürən kəndinin kənarından keçən hissəsində kənd sakini 2010-cu il təvəllüdlü Ağayeva Nuray Elmar qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər yerinə yetirilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayonun Lürən kənd sakini, 1995-ci il təvəllüdlü İsrafilov Ramil Gülməmməd oğlu tutularaq istintaqa cəlb olunub. İstintaqla müəyyən edilib ki, R. İsrafilov qonşusu N. Ağayevanı kəndin kənarına apararaq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək boğub və yaxınlıqdan keçən su kanalına atıb. Dindirmə zamanı R. İsrafilov törətdiyi əməlləri tam etiraf edib.
R. İsrafilov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər