Masallıda iqtidarla müxalifət dil tapır
24-07-2012, 21:10
Oxunub: 4 842
Masallıda müxtəlif partiyaların nümayəndələrinin iştirakı ilə tədbir keçirilib
Masallı Ziyalıları İctimai Birliyinin təşəbbüsü və təşkilatcılığı ilə rayondakı ictimai təşkilatların, siyasi partiyaların, geniş tərkibli ziyalıların iştirakı ilə “Bütün dövrlərdə ölkədə baş verən ictimai, siyasi, sosial vəziyyətə biganəlik, Ziyalı üçün cinayətdir” devizi altında “Ictimai, siyasi həyatımızda ziyalıların rolu və vəzifələri” mövzusunda seminar keçirilib.
Qurumdan Bolgexeber.com-a verilən məlumata görə, çox saylı çıxışlarda ictimai, siyasi həyatımızda ziyalıların rolu və vəzifələri göstərilməklə,rayondakı ictimai durum, rayonun inkişafına əngəl olan problemlər, çıxış yolları göstərilməklə rayonumuzun inkişafında mühüm rol oynaya bilən təkliflər və fikirlər müzakirə olunub.
Eyni zamanda çıxış edən YAP-nın, AXCP-nin, Müsavat partiyasının nümayəndələri və digər rayonun tanınmış ziyalıları, ümum rayon problemlərinin həllində səmərəli əməkdaşlıq formaları barədə fikir mübadiləsi aparılmaqla, çox səmimi münasibətlərin qurulması haqqında razılıq əldə edildi.
Seminarda razılığa gəlindi ki, rayonun ümumi problemləri ilə bağlı, xüsusi ilə, təhsil, səhiyyə sahəsindəki, rayonun abadlıq işlərindəki, narkomaniyanın geniş yayılması ilə bağlı mövcud olan cox saylı problemlərlə bağlı, geniştərkibli ümum rayon konfransı keçirilsin, problemlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilsin.
Seminar çox səmərəli, səmimi atmosferdə işinə yekun vurdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər