BolgeXeber.Com » Bölgə » Aslan Aslanovun kadrlarının aqibəti necə olacaq?

Aslan Aslanovun kadrlarının aqibəti necə olacaq?

30-07-2012, 00:35
Oxunub: 4 633 Bölgələrdə müxtəlif vəzifələrə öz yaxın adamlarını çəkən məmurlardan biri də kənd təsərrüfatı nazirinin müavinidir.
Bolgexeber.Com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Aslan Aslanov özü kənd təsərrüfatı sahəsində çalışsa da, fərqli dövlət qurumlarında öz yaxınlarını vəzifəyə çəkməklə məşğuldur. Belə ki, mənbənin bildirdiyinə görə, Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrində rəhbər vəzifədə çalışan nazir müavinin öz kadrları var.
Mənbənin verdiyi məlumata görər, onlardan ikisi, adə keçən qurumun Goranboy şöbsəindən Rusif Babayev və Şəmkri şöbəsindən Həsrət İsmayılovun artıq başları üstündə qara buludlar dolaşmaqdadır. Goranboydan əvvəl Neftçala hərbi komissarlığında çalışan Rusif Babayevə qarşı rüşvət ittihamlarının olduğunu deyən mənbə qeyd eidb ki, yaxın günlərdə onun barəsində yüksək səviyyədə ölçü götürüləcək. Eləcə də, Həsrət İsmayılovun haqqında rüşvət almaqda və hərbi xidmətə yararlı şəxslərin qyeri-qanuni yolla “yaraszız” çıxarılmasına yardım etdiyi deyilir.
Mənbə bu iki şəxsin Aslan Aslanovun bölgələrdəki biznesinə də yardımçı olduğu deyilir.