BolgeXeber.Com » Bölgə » Kürdəmir polisi özbaşınalıqda ittiham olundu

Kürdəmir polisi özbaşınalıqda ittiham olundu

30-07-2012, 22:50
Oxunub: 4 322 İnsan Hüquq və Azədlıqlarının Müdafiə Təşkilatının sədri Rasim Əlizadə Kürdəmir Rayon Polis Şöbəsindən şikayətçidir.

R.əlizadə Bolgexeber.com-a bildirdi ki, müdafiəçisi olduğu Əliyar Əliyevin şəxsi əmlakı hesab olunan “Niva” markalı 90 HE 133 dövlətnömrə nişanlı avtomobil Kürdəmir rayon sakini Bəhmən adlı şəxs tərəfindən qeri-qanuni olaraq girov götürülüb.

"Qeyd olunanlarla bağlı mən Rasim Əlizadə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək, bu barədə tədbir görülməsini xahiş etdim. Bir neçə saat keçdikdən sonra Bəhmən adlı şəxs polis şöbəsinə gətirildi. O polis şöbəsində etiraf etdi ki, həqiqətəndə avtomobil onun həyətindədir. Bu etirafa baxmayaraq, polis məsələ ilə bağlı heç bir tədbir görmədən onu sərbəst buraxdı. Müdafiəçisi olduğum Əliyar Əliyevə və mənə polis əməkdaşları bildirdilər ki, bu faktla bağlı rayon məhkəməsinə müraciət edin. Məndə baş verən neqativ hal ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. 102 xidmətinə məlumat etməyimə baxmayaraq, heç bir müsbət cavab ala bilmədik yəni lazımi tədbir görülmədi".

Hüquq müdafiəçisi xüsusilə qeyd etdi ki, əlində təsbeh olan mülki geyimli polis əməkdaşı ona 102 xidmətinə nəyə görə məlumat verdiyini və əlinə nə keçəcəyini soruşurdu: "Mən isə ona bildirdim ki, həmin avtomobil ilə har hansı bir hadisə törədilərsə məsuliyyət kimindir. O, bu sualım qarşısında susqun qaldı və bizdən kənarlaşdı. Artıq neçə saatdır ki, polis şöbəsinin qarşısında gözləyirik. Bir sözlə desək Kürdəmir rayon polis şöbəsinin əməkdaşları bizə mənəvi təziq edirlər. Hələ ki, gözləmə mövqeyindəyik".

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.