Bölgələrdə TSEK sədrləri “məhşər ayağına” çəkilir
31-07-2012, 10:35
Oxunub: 5 779

Bir neçə rayonun Tibbi-Sosial Ekspert Komissiyalarının sədrlərini qovulma gözləyir
Bolgexeber.com-a etibarlı mənbədən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə məxfi yoxlamalar həyata keçirməyə hazırlaşır. Lakin mənbə bu yoxlamaların daha çox “haqq-hesab” xarakteri daşıyacağını bildirir. Belə ki, indiyə qədər bölgələrdən nazirliyin aparatına ünvanlanan vətəndaş şikayətləri əsasında bir neçə Tibbi-Sosial Ekspert Komissiyalarının sədrlərinin vəzifəsindən kənarlaşdırılması, bəzilərinin isə yüksək məbləğ müqabilində vəzifədə qlaması gözlənilir.
Mənbənin verdiyi məlumata görə, başının üstünü qara buludlar alan TSEK sədrlərindən Cəlilabada Mustafa İbadov və İmişlidə Məmmədəli İbrahimovun adları hallandırılır.
Qeyd edək ki, Mustafa İbadovun qardaşı Səxavət İbadov da rayon TSEK-ində uzun müddət rəhbər vəzifə tutub, lakin külli miqdarda yeyini və qanunsuz əməllərinə görə vəzifəsindən azad olunub. Mənbənin verdiyi məlumata görə, istər Mustafa İbadov, istərsə Məmmədəli İbrahimov, istərsə də digər TSEK sədrləri barəsində son bir neçə ayda nazirlikdə yüzlərlə ciddi şikayət yığılıb, ona görə də, nazirliyin nümayəndələri yaxın günlərdə rayonlara səfər edərək, bütün “yeyinti”lərin hesabını soruşacaqlar.
Mənbə qeyd edir ki, bu yoxlama prokurorluq orqanlarının məlumatı olmadan həyata keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər